3-cü uğursuz görüş...
21.10.2025 [10:15]
Tramp Zelenskiyə “yox” dedi - “Tomahavk” raketləri verilmədi
Budapeşt - sülh danışıqları üçün yeni ünvan
Dördüncü ilinin bitməsinə bir neçə ay qalan Rusiya - Ukrayna müharibəsi ilə bağlı yeni nüanslar ortaya çıxıb. CNN-nin yaydığı xəbərə görə, Vaşinqton ilə Kiyev arasında münaqişənin gələcəyi ilə bağlı yenidən fkir ayrılığı yaşanır. Belə ki, oktyabrın 17-də iki ölkə liderinin 2025-ci il ərzində Ağ Evdə baş tutan üçüncü görüşü də gözlənilən nəticəni vəd etməyib - Tramp və Zelenski münaqişənin gələcəyi ilə bağlı fikir ayrılığına düşüblər. Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Ukrayna münaqişəni gərginləşdirməyə və uzatmağa çalışdığını ehtimal edir. Məhz bu səbəbdən Ukraynanın uzaqmənzilli raketlərlə təmin etməkdən imtina olunub. Görüşdə Trampın Zelenskiyə Kiyevin hələlik uzaqmənzilli raketlər verilməyəcəyinə dair fikir bildirdiyi istisna edilmir. “Axios”un mənbələrə istinadən verdiyi məlumata görə, Ukrayna lideri “Tomahavk” raketlərini istəsə də, Tramp bundan imtina edib. Görüşdən sonra Tramp Truth Social-da bu barədə yazıb. ABŞ prezidenti bildirib ki, Rusiya və Ukrayna olduqları yerdə dayanmalı və razılıq əldə etməlidirlər.
ABŞ-dan imtina - özünün silahlanmasına üstünlük verir
Bu arada ABŞ-ın vitse-prezidenti C.D.Vens Amerikanın “Tomahavk” raketlərinin Ukraynaya mümkün çatdırılmasını şərh edərkən bildirib ki, Birləşmiş Ştatlar öz Silahlı Qüvvələrinin silahlanmasına üstünlük verməlidir. O, jurnalistlərin “Tomahavkları”n Ukraynaya verilməməsi ilə bağlı suallarını cavablandırarkən deyib ki, “Birləşmiş Ştatlar ilk növbədə Amerikanın təhlükəsizliyini təmin etməyə çalışır”. Siyasətçi əlavə edib ki, ABŞ kritik silah sistemlərinin ehtiyatını qorumalıdır.
Budapeşt görüşünün vaxtı müəyyənləşdi...
Zelenski ilə görüşü ərəfəsində Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Onlar yaxın vaxtlarda Budapeştdə şəxsən görüşmək barədə razılığa gəliblər. Amerika liderinin sözlərinə görə, Macarıstandakı danışıqlar Zelenskisiz baş tutacaq. Bununla belə, Tramp bidldirib ki, Ukrayna prezidenti onlarla təmasda olacaq. Məlumata görə, Vladimir Putin və Donald Trampın görüşü oktyabrın 30-u və ya 31-nə plalaşdırılır. “Əvvəlcə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio səviyyəsində bütün detallar müzakirə ediləcək, daha sonra tarix rəsmi şəkildə elan olunacaq. Amma əsasən 30-31 oktyabr tarixlərinə fokuslanırıq”, - mənbə qeyd edib. Görüşdən bölgədəki münaqişələrin həlli, təhlükəsizlik məsələləri və ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin müzakirə olunacağı gözlənilir.
Trampın təhlükəsizlik zəmanəti...
ABŞ-ın Ukraynanın raket tələbinə neqativ cavabı isə Qərb siyasi dairələri və mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. “The Times” qəzeti bununla bağlı ABŞ prezidentinin Putinlə son danışıqlardan sonra Rusiya ilə bağlı əvvəlki yumşaq mövqeyinə qayıtdıbını yazıb. Nəşrin məlumatına əsasən, AĞ Evdə keçirilən bu ilin üçüncü görüşündə Kiyev heç bir konkret dəstək əldə etməyib. Məqalədə qeyd olunur ki, ilkin görüşlərdə Tramp və Zelenski arasında anlaşma çatışmazlığı artıq hiss olunurdu. Bir çox siyasi analitiklər idida edirlər ki, ABŞ Rusiya ilə münasibətləri “yenidən balanslaşdırmaq” siyasətinə dönməyə niyyətlənib və bu da Ukraynaya hərbi dəstəyin azalmasında təzahürünü tapır.
“Reuters” isə yazır ki, Tramp Ukrayna və Rusiya arasında sülh prosesini təşviq etmək məqsədilə hər iki ölkəyə təhlükəsizlik zəmanətləri təklif edib. Mənbənin bildirdiyinə görə, Tramp bu addımı Ukrayna müharibəsinin uzanmasının qarşısını almaq və gərginliyi diplomatik yolla azaltmaq üçün atmaq niyyətindədir.
Tramp fikrində qalır - hər iki tərəf dayansın...
Vurğulayaq ki, bir müddət öncə Alyaskada keçirilən görüşdən sonra münaqişənin dayandırılması ilə bağlı bir formul müzakirə predmeti olmuşdu - ABŞ Przidenti təklif etmsişdi ki, ilkin mərhələdə hər iki dövlət hazırki təmas xəttində dayansın və atəşkəs elan edilsin. Amma həmin vaxt bu fikrə heç bir tərəf razı olmamışdı. Tramp bu dəfə də eyni təklifi qüvvədə saxlayıb - o, jurnalistələrə açıqlamasında bildirib ki, Rusiya və Ukrayna qüvvələri hərbi əməliyyatları dayandırmalı və hazırkı təmas xəttində qalmalıdır. “Biz hesab edirik ki, onlar sadəcə təmas xəttində dayanmalıdırlar. Hazırda təmas xətləri var. Başqa bir şeylə razılaşmaq çox çətindir. O qədər müxtəlif dəyişikliklər var ki. Ona görə də deyirəm ki, onlar sadəcə olaraq, təmas xəttində dayanmalıdırlar”, - deyən ABŞ prezidenti əlavə edib ki, Zelenski ilə son görüşündə Donbasa nəzarətin Rusiyaya verilməsi ilə bağlı məsələləri müzakirə etməyib: “İndiki kimi bölünsün. Məncə, ərazinin 78 faizi artıq Rusiya tərəfindən alınıb. Qoy olduğu kimi qalsın. Onlar nəyisə sonra razılaşdıra bilərlər”. Vurğulayaq ki, Tramp bir müddət öncə “Fox News” telekanalına müsahibəsində bəyan etmişdi ki, Ukraynada münaqişəyə son qoyulması Kiyev üçün ərazi itkisi demək olacaq.
Tədarük azalıb - Avropa “pul” çatdıra bilmir...
“Tomahavk” raketlərinin Ukraynaya verilməməsi isə Kiyevin müharibədə əlini zəiflədir - qeyd edək ki, ABŞ-ın bu gözlənilməz qərarı ümumən Avropa kontingentini “silkələyib”. Onsuz da son zamanlarda Ukraynanın təchizat məsələsində yaranan fasilələr vəziyyəti gərjinləşdirmişdi. Verilən məlumatalara görə, Ukraynaya Qərbdən gələn hərbi və maliyyə dəstəyi sürətlə azalır. Avropa isə bu çatışmazlığı kompensasiya etməkdə çətinlik çəkir. “Neue Zürcher Zeitung” yazır ki, ilin əvvəlindən Qərb ölkələrinin Kiyevə hərbi yardımı xeyli azalıb. Əvvəllər Ukraynanın əsas silah donoru olan ABŞ, Donald Trampın prezident andiçməsindən sonra yeni hərbi tədarükləri dayandırıb. Avropa Birliyi isə bu boşluğu qismən doldurmağa çalışsa da, texnoloji və istehsal imkanlarının məhdudluğu səbəbindən artilleriya sursatı, raket sistemləri və hava hücumundan müdafiə sahəsində çatışmazlıq yaranıb. Nəşr bildirir ki, yay aylarında Avropanın Ukraynaya maliyyə öhdəlikləri 57 faiz azalıb - ayda 3,8 milyard avrodan 1,9 milyard avroya düşüb. Ümumilikdə, donor ölkələrin yardımı ilin əvvəlki dövrü ilə müqayisədə təxminən 40 faiz azalıb. “Purl Təşəbbüsü” çərçivəsində Danimarka, Norveç, İsveç, Almaniya, Niderland və Kanada kimi ölkələr ABŞ-dan Ukrayna üçün silah alır. Bu layihənin ümumi həcmi 1,9 milyard avrodur. Danimarka bütün artilleriya ehtiyatını Ukraynaya göndərib, Fransa və İtaliya kimi Cənubi Avropa ölkələri isə daha böyük istehsal potensialına malik olduqları üçün təzyiqlərə daha davamlı hesab olunur. Hazırda Ukraynaya ayrılan ümumi yardım 215 milyard avro civarındadır. Bu, Avropa İttifaqının pandemiya və avro böhranı zamanı ayırdığı vəsaitlərlə müqayisədə qat-qat azdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51

Gündəm
21 Oktyabr 13:49

Gündəm
21 Oktyabr 13:47

Dünya
21 Oktyabr 13:26

Dünya
21 Oktyabr 12:55

YAP xəbərləri
21 Oktyabr 12:50

YAP xəbərləri
21 Oktyabr 12:36

YAP xəbərləri
21 Oktyabr 12:32

Dünya
21 Oktyabr 12:18

Gündəm
21 Oktyabr 12:15

YAP xəbərləri
21 Oktyabr 12:05

YAP xəbərləri
21 Oktyabr 11:58

YAP xəbərləri
21 Oktyabr 11:50

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:46

Gündəm
21 Oktyabr 11:28

Hadisə
21 Oktyabr 11:19

Siyasət
21 Oktyabr 10:53

İqtisadiyyat
21 Oktyabr 10:39

İqtisadiyyat
21 Oktyabr 10:33

İqtisadiyyat
21 Oktyabr 10:31

Sosial
21 Oktyabr 10:29

Gündəm
21 Oktyabr 10:16

Analitik
21 Oktyabr 10:15

Siyasət
21 Oktyabr 09:54

Dünya
21 Oktyabr 09:32

İqtisadiyyat
21 Oktyabr 09:10

Mədəniyyət
21 Oktyabr 08:49

Ədəbiyyat
21 Oktyabr 08:17

Siyasət
21 Oktyabr 08:17

YAP xəbərləri
20 Oktyabr 23:52

YAP xəbərləri
20 Oktyabr 23:48

YAP xəbərləri
20 Oktyabr 23:10

YAP xəbərləri
20 Oktyabr 22:46

YAP xəbərləri
20 Oktyabr 22:19

Diaspor
20 Oktyabr 21:38

Siyasət
20 Oktyabr 21:37

YAP xəbərləri
20 Oktyabr 21:16

YAP xəbərləri
20 Oktyabr 21:09

YAP xəbərləri
20 Oktyabr 20:57

YAP xəbərləri
20 Oktyabr 20:14

YAP xəbərləri
20 Oktyabr 19:43

YAP xəbərləri
20 Oktyabr 19:21

YAP xəbərləri
20 Oktyabr 19:14

YAP xəbərləri
20 Oktyabr 18:31

YAP xəbərləri
20 Oktyabr 18:04

YAP xəbərləri
20 Oktyabr 17:59

Sosial
20 Oktyabr 17:55

YAP xəbərləri
20 Oktyabr 17:51

Siyasət
20 Oktyabr 17:49

YAP xəbərləri
20 Oktyabr 17:31

YAP xəbərləri
20 Oktyabr 17:20

YAP xəbərləri
20 Oktyabr 17:07

YAP xəbərləri
20 Oktyabr 16:56

Siyasət
20 Oktyabr 16:50

YAP xəbərləri
20 Oktyabr 16:47

YAP xəbərləri
20 Oktyabr 16:45
