Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yalçın Rəfiyev Aİ-nin yüksəksəviyyəli toplantısında iştirak edib

Yalçın Rəfiyev Aİ-nin yüksəksəviyyəli toplantısında iştirak edib

21.10.2025 [08:17]

Oktyabrın 20-də Lüksemburqda Avropa İttifaqının təşkilatçılığı ilə “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusunda xüsusi yüksəksəviyyəli toplantı təşkil olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, toplantı çərçivəsində Qara Dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq, həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalar keçirilib.

İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.

Toplantıda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini Y.Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, Azərbaycanın da daxil olduğu geniş Qara dəniz regionunun inkişaf potensialını ortaya çıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyini, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin əhəmiyyətini vurğulayıb.

Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa İttifaqı üçün etibarlı tərəfdaş olması amili diqqətə çatdırılaraq, Azərbaycan və Aİ arasında bu istiqamətdə iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsinin mövcud potensialdan daha səmərəli istifadəyə imkan yaradacağı qeyd olunub.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31