Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəngilan rayonu ölkənin inkişaf etmiş, müasir və mədəni regionlarından birinə çevriləcəkdir

Zəngilan rayonu ölkənin inkişaf etmiş, müasir və mədəni regionlarından birinə çevriləcəkdir

21.10.2025 [22:41]

Azər Ağayev

YAP Tərtər rayon təşkilatının sədr müavini 

1993-cü ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilan rayonu uzun illər ərzində qanunsuz şəkildə istismar edilmiş, tarixi, mədəni və ekoloji baxımdan ciddi zərərə məruz qalmışdır. Rayonun ərazisindəki yaşayış məntəqələri dağıdılmış, meşə massivləri qırılmış və nadir təbiət nümunələri məhv edilmişdir20 oktyabr - Zəngilan şəhəri gününün təsis edilməsi mühüm amildir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.

Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilanın Ağalı kəndində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır. “Böyük Qayıdış” və Zəngilan rayonun yeni inkişaf dövrü qürurvericidir. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Zəngilan yenidən qurulur. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.

Zəngilan mühüm nəqliyyat qovşağıdır.

Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Beynəlxalq Hava Limanının açılışı oldu. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur.

Azərbaycanın azad olunmuş hər qarış torpağı kimi, Zəngilan rayonu da ölkənin inkişaf etmiş, müasir və mədəni regionlarından birinə çevriləcəkdir. Bu dönüşün təməlində isə 20 oktyabr tarixinin yazdığı şanlı Zəfər durur.

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31