Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan-Qazaxıstan münasibətləri ortaq strateji baxışa əsaslanır

Azərbaycan-Qazaxıstan münasibətləri ortaq strateji baxışa əsaslanır

21.10.2025 [17:43]

Azərbaycan Qazaxıstan münasibətləri coğrafi yaxınlıqla yox, ortaq dəyərlər və strateji məqsədlərlə bərabər formalaşan regional əməkdaşlıq nümunəsidir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri öncəsi 18 oktyabr 2025-ci ildə “Kazinform”-a verdiyi geniş müsahibə də bu münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi.Müsahibəsində prezident İlham Əliyev ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib.

Azərbaycan–Qazaxıstan münasibətlərinin mühüm dayaqlarından biri də iqtisadi-ticarət əlaqələrinin sürətli inkişafıdır. Müsahibədə qeyd olunan rəqəmlər bu inamın konkret nəticələrini göstərir: 2025-ci ilin ilk səkkiz ayında iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon dollara çatıb — bu, bir il əvvəlkindən üç dəfə çoxdur. Qazaxıstan kapitalı ilə Azərbaycanda fəaliyyət göstərən 250-yə yaxın kommersiya qurumu, qarşılıqlı investisiya həcmlərinin sürətlə artması, “Aktau–Ceyhan” marşrutu üzrə neft tranziti barədə yeni razılaşmalar — bunların hamısı iqtisadi diplomatiyanın uğurlu sintezidir. Bu rəqəmlərin arxasında təkcə iqtisadi maraqlar deyil, həm də ortaq inkişaf strategiyası dayanır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər arasında ticarətin və sərmayə axınının artması yalnız “Orta Dəhliz”in logistik imkanları ilə deyil, həm də liderlər arasında formalaşmış siyasi iradə ilə mümkündür. Azərbaycan və Qazaxıstanın təşəbbüsü ilə formalaşan Transxəzər Orta Dəhlizi, bu gün Avrasiyanın geoiqtisadi xəritəsində strateji mövqeyə malikdir. Cənab Prezident İlham Əliyev bu məsələyə toxunarkən, infrastrukturun modernləşdirilməsinin, tarif siyasətinin uyğunlaşdırılmasının və rəqəmsal inteqrasiyanın zəruriliyini xüsusi qeyd edir. Xəzər dənizinin dibi ilə çəkilən sualtı fiber-optik xəttin tikintisi, limanların yenilənməsi, yükdaşımaların 20 faiz artması — bütün bunlar Azərbaycan–Qazaxıstan əməkdaşlığının regional liderlik səviyyəsinə yüksəldiyini sübut edir. 

Cənab Prezident İlham Əliyev müsahibəsində Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayır. Onun sözləri ilə desək, TDT “siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platformadır.” Azərbaycanın Naxçıvandan başlayan Türk birliyi ideyasına sadiqliyi, Şuşa və Qəbələ zirvə görüşlərində qəbul edilən qərarlar və Türk Akademiyasının elmi təşəbbüsləri — hamısı Türk birliyinin yeni keyfiyyət mərhələsinə keçidini təmin edir. Cənab Prezident İlham Əliyevin Xəzər dənizinin dayazlaşması ilə bağlı fikirləri isə ekoloji diplomatiya baxımından mühüm siqnaldır. Onun “Xəzər yalnız su hövzəsi deyil, ortaq məsuliyyətimizin rəmzidir” fikri bu məsələni sıradan ekoloji problem səviyyəsindən çıxarır. Bu yanaşma göstərir ki, Azərbaycan və Qazaxıstan Xəzəri həm iqtisadi, həm də ekoloji müstəvidə birgə qorumaq niyyətindədir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan və Qazaxıstan arasında mədəni və humanitar əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bildirdi ki, xalqları birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər bu münasibətlərin möhkəmlənməsində əsas amillərdəndir. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin dinamik inkişafını əks etdirir. Qazax yazıçısı Kemel Tokayevin əsərinin Azərbaycan dilində nəşri, eləcə də Mir Cəlal Paşayevin yubileyi münasibətilə təşkil olunan beynəlxalq konfranslar bu sahədə əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi bir daha təsdiqlədi ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə siyasi və iqtisadi maraqlara deyil, həm də mənəvi dəyərlərə və ortaq strateji baxışa əsaslanır. Bu münasibətlər qardaşlığın, etimadın və ortaq iradənin parlaq nümunəsidir. 

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Analitik

3-cü uğursuz görüş...

21 Oktyabr 10:15  

Siyasət

Dünya

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31