Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İrakli Kobaxidze: Avropa bürokratiyası Gürcüstana “qara pullar” köçürmək üçün yollar axtarır

İrakli Kobaxidze: Avropa bürokratiyası Gürcüstana “qara pullar” köçürmək üçün yollar axtarır

20.11.2025 [15:19]

Avropa bürokratiyası açıq şəkildə etiraf etdi ki, onlar Gürcüstana pul köçürmək üçün qara kanallar axtarırlar. Qara kanallar axtaranların niyyəti də qara olur. Dövlət öz maraqlarını sona qədər qoruyacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi Live” verilişində Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun açıqlamasını şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Avropa bürokratiyasının ayırdığı vəsait QHT-lər vasitəsilə Gürcüstanda müxtəlif vaxtlarda 5 dəfə inqilab cəhdinin maliyyələşdirilməsinə sərf edilib.

“Biz bilirik ki, bu vəsaitlər əvvəlki Amerika administrasiyası və həm əvvəlki, həm də indiki Avropa bürokratiyası dövründə istifadə olunub. Onlar vətəndaş cəmiyyəti adlandırılan QHT-lər vasitəsilə inqilab təşkil etmək üçün beş müxtəlif cəhd ediblər. Bütün bunlar birbaşa etirafdır ki, məqsəd burada yenidən xaos yaratmaqdır. Təbii ki, dövlət öz maraqlarını sona qədər qoruyacaq; biz bunu keçmişdə uğurla etmişik və bundan sonra da edəcəyik”, – deyə Kobaxidze vurğulayıb.

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

COP29

YAP xəbərləri

Siyasət

Birinci Forum...

25 Noyabr 10:12

YAP xəbərləri

Ədəbiyyat

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30