Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Xocavənd rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib

Xocavənd rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib

21.11.2025 [16:20]

“Konstitutsiya və Suverenlik ili” çərçivəsində Noyabrın 21-də Xocavənd rayonunda  Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov bildirib ki, Ölkəmizin  ictimai - siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən  Ulu Öndərimiz Heydər Əliyevin  banisi olduğu Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cu il dönümünü çox mühüm bir ərəfədə - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız,  Prezident, Yeni Azərbaycan Partiyasının  sədri cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin, Şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün beşinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə  qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının  fəaliyyət ilə bilavasitə bağlıdır.

Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında qeyd edib ki, 33 il əvvəl 1992-ci il noyabrın 21-də respublikamızda çox əlamətdar ictimai-siyasi tarixi hadisə baş verdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çox çətin, mürəkkəb tarixi bir şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub.Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası 33 illik zəngin və şərəfli inkişaf yolu keçib. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

Tədbirdə əməkdar müəllim, partiya fəalı Telli Alıyeva, və partiya fəalı Arzu Balakişiyeva da çıxış ediblər.  

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

COP29

YAP xəbərləri

Siyasət

Birinci Forum...

25 Noyabr 10:12

YAP xəbərləri

Ədəbiyyat

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30