Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İtaliya A Seriyasında oynamış futbolçu: “Qarabağ” “Napoli” ilə matçda sürpriz edə bilər - AÇIQLAMA

İtaliya A Seriyasında oynamış futbolçu: “Qarabağ” “Napoli” ilə matçda sürpriz edə bilər - AÇIQLAMA

24.11.2025 [15:18]

Bu mövsüm həm “Napoli”nin, həm də “Qarabağ”ın oyunlarını izləmişəm. Hər iki komanda yaxşı formadadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə İtaliya A Seriyasında “Viçensa” və “Komo” kimi komandalarda çıxış etmiş xorvatiyalı veteran futbolçu Stepan Tomas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” və “Qarabağ” kollektivləri arasında keçiriləcək oyun barədə danışarkən deyib.

O, Azərbaycan çempionunun İtaliyada sürpriz edə biləcəyinə inandığını bildirib: “Qurban Qurbanov yaxşı komanda formalaşdırıb. Onlar böyük klublara qarşı layiqli mübarizə aparırlar. Hazırda “Turan Tovuz”a rəhbərlik edən keçmiş baş məşqçim Kurban Berdıyevin dəvəti ilə ötən mövsüm Bakıya gəlmişdim. Tovuz klubunun “Qarabağ”la matçını canlı izləmişdim. “Napoli”ni çox güclü və təcrübəli Antonio Konte çalışdırır. Kevin De Brüyne və Romelu Lukaku zədə səbəbindən bu görüşü buraxacaqlar. Bu da Azərbaycan təmsilçisi üçün müsbət məqamdır. Neapol klubu A Seriyasının son turunda “Atalanta” ilə qarşılaşmada böyük güc sərf etdi. Futbolçular müəyyən mənada yorğun ola bilərlər. “Qarabağ”ın səfərdə 1 xal qazanacağını düşünürəm”.

Xorvatiya millisinin keçmiş üzvü Azərbaycan çempionunun heyətində bəyəndiyi futbolçuların adlarını da çəkib: “Kevin Medina və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevi çox bəyənirəm. “Qarabağ” komanda olaraq çox güclüdür. Bunu “Benfika” və “Çelsi” ilə matçlarda göstərib”.

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

COP29

YAP xəbərləri

Siyasət

Birinci Forum...

25 Noyabr 10:12

YAP xəbərləri

Ədəbiyyat

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30