Dünya sənaye liderlərinin Bakı platforması
28.11.2025 [11:32]
“SPE Xəzər Texniki Konfransı” Azərbaycanın Avropa üçün strateji enerji təminatçısı olduğunu bir daha təsdiqlədi
Bakıda keçirilən “SPE Xəzər Texniki Konfransı”nda enerji sənayesinin müasir çağırışlar fonunda yeni imkan və potensialları nəzərdən keçirilib, təmiz enerjiyə keçid, rəqəmsallaşma, sənayedə süni intellekt texnologiyalarının tətbiqi, yataqların səmərəliliyinin artırılması məsələləri müzakirə olunub. Xəzər hövzəsinə aid ekspertləri, dövlət qurumlarının nümayəndələrini və texnoloji novatorları bir araya gətirən tədbir çərçivəsində təşkil olunan sərgidə isə müasir energetikanın dinamika və tablosunu əks etdirən potensiallar nümayiş etdirilib. Qeyd edək ki, SPE 146 ölkədən 132 min neftçi və mühəndislər cəmiyyətini birləşdirən platformadır. SPE peşəkar standartları inkişaf etdirir, təhsil proqramları yaradır, sahəvi icmaları dəstəkləyir və bilik mübadiləsi üçün platforma rolunu oynayır. Bu təsisatın ofisləri Kalqari, Dallas, Dubay, Hyuston və Kuala-Lumpurda fəaliyyət göstərir.
Asan neft dövrü başa çatıb
Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov vurğulayıb ki, Xəzərdə yataqların məhsuldarlığını saxlamaq üçün müasir texnologiyaya ehtiyac var. Xəzər hövzəsi texniki cəhətdən ən maraqlı və strateji baxımdan vacib bölgələrdən biri olaraq qalır və bu amil dənizin zəngin neft zonası kimi əhəmiyyətini təsdiqləyir. Ona görə də, müasir texnoloji sıçrayışlar fonunda neft sənayesinin yeni innovasiyalara ehtiyacı artıb və hazırda yeni ideya və yanaşmalar da bu səmtə istiqamətlənib.
B.Hüseynov birgə texnoloji infrastrukturların yaradılması və müasir emal proseslərinin optimallaşdırılmasının bütün tərəflərə fayda gətirdiyini xatırladıb. Onun fikrincə, Xəzərin enerji resurslarının artması təkcə regionun deyil, həm də Avropalı tərəfdaşların enerji təhlükəsizliyini daha da möhkəmləndirir. Avropa, Asiya və Yaxın Şərq ərazisində və enerji, tranzit və ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan enerji və karbon resursları ilə deyil, həm də bərpaolunan potensialın idarə olunması və istifadəsi ilə də regionda texnoloji yeniliklərə imza atmaqdadır.
“Halliburton” şirkətinin Şərqi yarımkürə üzrə prezidenti Şannon Slokumun sözlərinə görə, enerji sektorunda asan hasil olunan neft dövrü artıq arxada qalıb və operatorlar xidmət şirkətləri ilə əməkdaşlıqda yeni yanaşmaya ehtiyac duyurlar. İndi vəziyyət dəyişdiyindən şirkətlər yeni yataqlara fərqli düşüncə tərzi ilə yanaşmalıdır. Bu, operatorlar və mühəndislik işinin formulunu da dəyişilməsini zəruri edir. Nəticədə birgə əməkdaşlıq modeli nəticəsində daha səmərəli komanda işi, yüksək göstəricilər və yeni texnologiyaların daha sürətli tətbiqi mümkündür.
ABŞ-la birgə Xəzərdə yeni layihə
Xəzər dənizində modernləşdirmədə əsas rol oyanayan bp şirkəti innovasiyayönümlü istehsala keçid sayəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda əlavə olaraq 2 milyard bareldən çox neft hasil etməyi planlaşdırır. Şirkətin AÇG sahəsinin işlənməsi üzrə meneceri Əfqan Hüseynovun sözlərinə görə, AÇG-nin gələcək hasilat potensialını artırmaq üçün kompleks yenilənmə və yeni texnologiyaların tətbiqi davam etdirilir. Yatağın statik və dinamik modelləşdirilməsi daha da təkmilləşdirilib. 700-dən çox quyudan toplanmış məlumatlar və 16 min metrdən artıq DTS nəticələri mürəkkəb layların dəqiq xəritələndirilməsinə imkan verib. Bunun nəticəsində təqribən 300 min barel əlavə hasilat potensialı yaranıb və potensial daha da artmaqdadır.
Azərbaycanın Xəzərdə ən modern emal texnologiyalarını tətbiq etməsində yaxın tərəfdaşlarından biri ABŞ-dır. SOCAR və ABŞ-ın SLB şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
25 il müddətinə nəzərdə tutulan müqavilənin investisiya portfeli 1 milyard dollar həcmində qiymətləndirilir. Müqavilə blokunda qaz ehtiyatları 25 milyard kubmetr təşkil edən yatağın işlənməsi SOCAR-ın neft hasilatının artmasına və uzunmüddətli strategiyasına mühüm töhfə verəcək.
SOCAR sənayedə süni intellekt modelini yaradır
Neft və enerji sektorunda müasir texnoloji yanaşmalardan biri istehsal-emal proseslərində süni zəka texnologiyalarının tətbiqidir. Hazırda ölkəmizdə süni intellekt tipli innovasiyaların sənaye, energetika sektorunda tətbiqi genişlənir və SOCAR süni intellekt və robotlar vasitəsilə müxtəlif layihələrin icrasını həyata keçirir. Bu istiqamətdə xarici tərəfdaşlarla qurulmuş əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Ötən il SOCAR və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Esyasoft Holding” və “Presight AI” şirkətlərinin birgə müəssisəsi olan “IntelliGrid” arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycanda Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin yaradılması nəzərdə tutulur. Dəyəri 480 milyon dollar olan bu layihə Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsinə, qaz idarəetməsində effektivliyə nail olunmasına və karbon emissiyalarının azaldılmasına imkan yaradacaq. İntellektual sistemlər süni intellektin gücü ilə qaz istehlakının optimallaşdırılması, itkilərin azaldılması və real vaxt rejimində idarəetmə ilə əməliyyatların səmərəliliyini artıracaq.
Həmçinin, SOCAR ilə Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında neft-qaz sənayesində süni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb ki, sənəd rəqəmsal transformasiya sahəsində konsultasiya xidmətlərinin göstərilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn “Seismic AI” (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır.
SOCAR-la “Arthur D. Little” şirkəti arasında sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı yeni layihənin icrası nəzərdə tutulur ki, bu da enerji sənayesində innovativ idarəetmə modellərinin tətbiqini təmin etməklə, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılmasına səbəb olacaq.
“SPE Xəzər Texniki Konfransı” dünya sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də bu sahədəki unikal çağırış və imkanları nəzərdən keçirmək üçün mühüm platforma olmaqla, Xəzər regionunun dünya energetikasının gələcək dinamikalarının formalaşmasında mühüm rolunu daha da artıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Noyabr 23:11
İqtisadiyyat
27 Noyabr 22:48
Dünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
27 Noyabr 11:48
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36

