Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

05.01.2026 [09:30]

İsveçrənin Vallais kantonunun polisi Alp dağlarında yerləşən Kran-Montana kurortundakı barda baş verən yanğın nəticəsində həlak olan 40 nəfərin hamısının şəxsiyyətinin müəyyən edildiyini bildirib.

AZƏRTAC finlandiyalı “Yle” nəşrinə istinadla xəbər verir ki, ölənlər arasında 20 azyaşlı da var. Ölənlərin yaşı 14-dən 39-a qədər dəyişir. Həlak olanlar arasında 21 İsveçrə, doqquz Fransa, altı İtaliya, bir Belçika, bir Portuqaliya, bir Rumıniya və bir Türkiyə vətəndaşı var.

Yanğın nəticəsində 115 nəfər xəsarət alıb. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31