Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İran hava məkanını yenidən açıb

İran hava məkanını yenidən açıb

15.01.2026 [11:48]

Tehran ABŞ ilə İran arasında mümkün hərbi əməliyyatlarla bağlı narahatlıqlar fonunda təxminən beşsaatlıq bağlanmadan sonra hava məkanını yenidən açıb. Bu, aviaşirkətləri bəzi uçuşları ləğv etməyə, marşrutu dəyişdirməyə və ya təxirə salmağa məcbur etmişdi.

AZƏRTAC xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının veb-saytında yerləşdirilmiş bildirişə əsasən İran çərşənbə günü saat 17:15-də (GMT ilə 22:15) rəsmi icazə ilə İrana daxil olan və çıxan beynəlxalq uçuşlar istisna olmaqla, bütün hava məkanlarını bağlamışdı.

Uçuş izləmə xidməti “Flightradar24”ün məlumatına görə, bildiriş saat 22:00-dan (GMT ilə 03:00) bir qədər əvvəl silinib. “Reuters” xəbər verir ki, xidmət İranın “Mahan Air”, “Yazd Airways” və “AVA Airlines” aviaşirkətlərinin beş reysinin ölkə üzərindən uçuşları bərpa edən ilk uçuşlar arasında olduğunu göstərir.

Müvəqqəti bağlanma Prezident Donald Trampın ən böyük hökumət əleyhinə etirazların keçirildiyi İrandakı vəziyyətə reaksiyasını nəzərdən keçirdiyi bir vaxta təsadüf etmişdi.

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31