Gələcəyin iqtisadçısı: 16 yaşlı Fatimənin uğur hekayəsi
06.04.2026 [16:56]
Müasir dövrdə gənclər yalnız akademik uğurlarla deyil, eyni zamanda müxtəlif sahələrdə aktiv iştirakları ilə də seçilirlər. 16 yaşlı Fatimə Əhmədova bu baxımdan fərqlənən şagirdlərdəndir. O, iqtisadiyyata olan dərin marağı ilə yanaşı, musiqi, incəsənət, idman və liderlik sahələrində də uğurla fəaliyyət göstərir. SABIS SUN Beynəlxalq məktəbinin 11-ci sinif şagirdi olan Fatimə ilə onun maraqları, nailiyyətləri və gələcək planları haqqında söhbətləşdik.
– İqtisadiyyata marağın ilk dəfə necə yarandı və bu sahədə səni ən çox cəlb edən nədir?
– Mən 10-cu sinifdə SABIS SUN Beynəlxalq məktəbinə daxil olduqdan sonra iqtisadiyyatla tanış oldum. İlk dərsdən bu sahə diqqətimi çəkdi. İqtisadiyyatın nəzəri tərəfi məni xüsusilə cəlb edir. Bu elm çoxşaxəli və kompleksdir, eyni zamanda digər sahələrə birbaşa təsir göstərir. Düşünürəm ki, bir ölkənin gücü onun iqtisadiyyatından gəlir. Buna görə də gələcəkdə də maraqla məşğul olacağım sahənin məhz iqtisadiyyat olacağına inanıram.
– AZMIO olimpiadasında iştirak təcrübən sənə nə öyrətdi?
– Məktəbdə iqtisadiyyat üzrə nəticələrim yaxşı idi və bu sahədə güclü olduğumu düşünürdüm. Lakin ölkə səviyyəsində özümü sınamaq və uğur əldə etmək özümə olan inamımı daha da artırdı. Eyni zamanda yeni biliklər qazandım. Düşünürəm ki, zəhmətinin qarşılığını görmək insanın həmin sahəyə olan marağını daha da gücləndirir.
– Gələcəkdə iqtisadiyyatın hansı sahəsində ixtisaslaşmaq istəyirsən?
– İqtisadiyyatın nəzəri tərəfi mənə daha yaxın olduğu üçün iqtisadi siyasət və iqtisadi nəzəriyyə istiqamətində ixtisaslaşmaq istəyirəm. Məqsədim gələcəkdə ölkəmin iqtisadi inkişafına töhfə verə biləcək bir mütəxəssis olmaqdır.
– Musiqi ilə məşğul olmaq sənin düşüncə tərzinə necə təsir edir?
– Musiqi ilə məşğul olmaq məni sakitləşdirir və özümü ifadə etməyimə kömək edir. Skripka və piano ifa edərkən eyni anda bir neçə məqama diqqət yetirmək lazımdır: notlar, ritm, texnika və duruş. Bu isə diqqətimi və yaddaşımı gücləndirir. Bundan əlavə, musiqi insanın dünyagörüşünü genişləndirir.
– Səhnədə çıxış etmək sənə hansı bacarıqları qazandırıb?
– Səhnə təcrübəsi mənə özünəinam qazandırıb. Kütlə qarşısında çıxış etmək, jest və mimikaları idarə etmək, insanları daha yaxşı müşahidə etmək kimi bacarıqlar əldə etmişəm.
– Bir neçə sahədə aktiv olmaq çətin deyilmi? Bu balansı necə qoruyursan?
– Bəli, xüsusilə imtahan və yarış dövrlərində bu çətin ola bilər. Amma yalnız bir sahə ilə məşğul olmaq mənə darıxdırıcı gəlir. Balansı qorumaq üçün işlərimi planlaşdırıram. Nə edəcəyimi bilirəm, lakin özümü konkret vaxtlara məcbur etmirəm. Bu yanaşma stresi azaltmağa kömək edir.
– Xarici dilləri öyrənmək motivasiyan haradan gəlir?
– Uşaq vaxtı xarici cizgi filmlərindəki dialoqları təqlid edirdim və bu mənə çox kömək edirdi. Səyahət etməyi çox sevirəm və gələcəkdə dünyanı gəzmək istəyirəm. Xarici dillər bu baxımdan çox önəmlidir. Ən çətin öyrəndiyim dil isə rus dili olub.
– Student Life Organization-da Deputy Head olmaq sənə nə qazandırıb?
– Bu fəaliyyət mənə liderlik və komanda idarəetmə bacarıqları qazandırıb. Hansı işi kimə həvalə etməyi və eyni zamanda insanların motivasiyasını yüksək saxlamağı öyrənmişəm. Məktəbimizdə şagirdləri dərsdənkənar fəaliyyətlərə cəlb etmək çətin olduğu üçün onları daim motivasiya etməyə çalışırıq.
– MUN və Wharton Investment Competition kimi layihələr sənə nə qazandırıb?
– MUN mənə müxtəlif insanlarla tanış olmaq və fərqli mədəniyyətləri öyrənmək imkanı yaradıb. Eyni zamanda debat, arqumentasiya və təqdimat bacarıqlarımı inkişaf etdirib.
Wharton Investment Competition isə maliyyə bazarlarının necə işlədiyini öyrənməyə kömək etdi. Komanda lideri olaraq qərar qəbul edərkən başqalarının fikirlərini nəzərə almağın və empatiyanın vacibliyini öyrəndim. Bu təcrübə mənim üçün çox dəyərli oldu.
– Sənin kimi aktiv olmaq istəyən şagirdlərə nə məsləhət verərdin?
– Öz üzərinizdə davamlı işləyin. Bu yaşlar öyrənmək üçün ən uyğun dövrdür. Toksik rəqabətdən uzaq durun və lazım olduqda fədakarlıq etməyi bacarın. Hər şeyi mükəmməl etməyə çalışmayın və kömək istəməkdən çəkinməyin.
Fatimə Əhmədova — SABIS SUN Beynəlxalq məktəbinin 11-ci sinif şagirdidir. İqtisadiyyat sahəsində uğurları ilə yanaşı, musiqi, incəsənət və idmanda da aktivdir. Skripka üzrə musiqi təhsili alıb, müxtəlif konsertlərdə çıxış edib. Üzgüçülüklə məşğul olub, şeir və rəsm sahələrində nailiyyətlər əldə edib. Hi-Lingua yarışında qızıl medal qazanıb, Wharton Investment Competition-da iştirak edib və məktəbində Student Life Organization-un Deputy Head vəzifəsini icra edir.
(AzMİO) final mərhələsinin nəticələrinə əsasən, ölkəmizi Çində keçiriləcək Beynəlxalq İqtisadiyyat Olimpiadasında (IEO 2026) təmsil edəcək tələbələrdən biri də Fatimə Əhmədovadır.
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43

