Türkiyə Prezidenti Avropa İttifaqı institutlarını “strateji uzaqgörməzlikdə” ittiham edib
05.05.2026 [14:57]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını (Aİ) tənqid edərək bildirib ki, Ankaradan uzaqlaşma siyasəti Aİ-nin inkişaf tempinin azalmasına gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə lideri Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə çıxış edib. O bildirib ki, Lüksemburqda keçirilmiş Aİ sammitində eyni vaxtda 12 dövlətə namizəd ölkə statusu verilib, halbuki Türkiyənin müraciəti nəzərə alınmayıb.
“Avropa İttifaqına gedən yolda biz 53 normativ aktın 218 maddəsinə dəyişikliklər etdik. Türkiyə parlamenti iki konstitusiya islahatı paketini qəbul edib, lakin 2004-cü ildə Aİ öz tarixində ən böyük genişlənməni həyata keçirərək 10 ölkəni sıralarına qəbul etdi, Türkiyə isə istisna olundu”, – deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, bu gün Ankara Aİ institutları və üzv ölkələri ilə intensiv müzakirələri davam etdirir.
“Keçən əsrin ortalarındakı ilk müraciətimizdən bəri Türkiyəyə qarşı xüsusilə də Avropa cəmiyyətinin müəyyən təbəqələrində mövcud olan dərin kök salmış qərəzləri aradan qaldıra bilməmişik. Avropada hər zaman demokratiyamız, iqtisadiyyatımız, əhalimiz və ya dinimiz Türkiyəni kənarlaşdırmaq üçün bəhanə kimi istifadə olunub. Hər dəfə Türkiyənin tamhüquqlu üzvlüyü prosesini ləngitmək üçün səbəb tapılıb”, – deyə o qeyd edib.
Prezident Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyə iqtisadiyyatı və demokratik institutları gücləndirərək dəyişir, lakin Avropa dairələrinin Ankaraya münasibətdə təhrif olunmuş yanaşması dəyişməz qalır.
Onun sözlərinə görə, strateji uzaqgörməzlik Aİ-nin bir çox institutlarında qalmaqdadır: “Məsələ Türkiyənin hansı inkişaf mərhələsində olmasında deyil, Brüsselin gələcəkdə özünü harada görmək istəməsindədir. “Dərk etmək lazımdır ki, Türkiyə birliyin tamhüquqlu üzvü olmadan Avropa İttifaqı qlobal oyunçuya və cazibə mərkəzinə çevrilə bilməyəcək. Biz elə bir ölkə deyilik ki, yalnız zərurət yarananda xatırlansın və qapısı döyülsün”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

