/ / YAP Xəzər rayon təşkilatında Heydər Əliyevin 103 illiyinə həsr olunmuş voleybol yarışının qalibləri mükafatlandırılıb
YAP Xəzər rayon təşkilatında Heydər Əliyevin 103 illiyinə həsr olunmuş voleybol yarışının qalibləri mükafatlandırılıb
05.05.2026 [15:13]
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı yüksək təşkilatçılıq səviyyəsində keçirilib və yarışın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və video çarx nümayiş olunub.
Giriş nitqi ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, gənclərin sağlam ruhda böyüməsi və cəmiyyətin inkişafı üçün möhkəm təməl yaradıb. O vurğulayıb ki, bu cür idman yarışlarının keçirilməsi gənclər arasında həmrəyliyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və asudə vaxtın səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclər və idman siyasəti uğurla davam etdirilir, regionlarda idmanın inkişafı üçün geniş imkanlar yaradılır. O əlavə edib ki, YAP Xəzər rayon təşkilatı tərəfindən mütəmadi olaraq bu cür tədbirlərin təşkili gənclərin ictimai fəallığının artırılmasına xidmət edir.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini vurğulayıblar. Onlar qeyd ediblər ki, gənclərin idmana cəlb olunması onların sağlam və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir və bu kimi yarışlar həm də dostluq və birlik mühitini gücləndirir.
Çıxışlardan sonra partiya sıralarına yeni qoşulan üzvlərə vəsiqələr təqdim olunub.
Daha sonra voleybol yarışının nəticələri elan olunub, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda fərqlənən komandalar, məşqçilər və hakimlər diplom və qiymətli hədiyyələrlə, məktəblərin direktorları isə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbirdə iştirak edən gənclər və qonaqlar belə yarışların təşkilinə görə təşəkkürlərini bildirərək, bu kimi təşəbbüslərin davamlı xarakter almasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Mərasim səmimi və yüksək əhval-ruhiyyə şəraitində başa çatıb sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

