Azərbaycan- İtaliya əlaqələri: Bakı görüşü, yeni əməkdaşlıq
05.05.2026 [16:54]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkə Prezidenti İlham Əliyevin dəvəti ilə İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, geniş tərkibli danışıqlar və xüsusilə liderlərin mətbuata bəyanatları Azərbaycan - İtaliya əlaqələrinin hazırkı vəziyyətini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Eyni zamanda, İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin ölkəmizə reallaşdırdığı bu tarixi səfər ikitərəfli sarsılmaz bağların keyfiyyətcə yeni və daha dinamik bir mərhələyə qədəm qoymasınən əyani gəstərəcisidir.
İtaliya Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərindən biridir. Birgə bəyanatda Azərbaycan-İtaliya münasibətlərinin bütövlükdə Avrasiya məkanında sabitlik, iqtisadi tərəqqi və strateji həmrəylik üçün nümunəvi, uzunmüddətli və konyunkturdan asılı olmayan bir model olaraq qaldığını vurğulayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyini qeyd edib.
İtaliya və Azərbaycan arasında ticarət əlaqələrinin çox yaxşı vəziyyətdə olduğunu bildirən ölkə Prezidenti İlham Əliyev vurğulayıb ki, keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.
Azərbaycanda müxtəlif layihələrdə İtaliya şirkətləri fəal iştirak edir. Bu da iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu bir daha nümayiş etdirir.
Azərbaycan - İtaliya münasibətlərində enerji sektoru xüsusi yer tutur. İtaliya Azərbaycanın Avropaya qaz ixracında əsas tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması iki ölkə arasında iqtisadi əməkdaşlığın strateji əsasını təşkil edir.
Azərbaycan ilə İtaliya arasında münasibətlər yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Humanitar və mədəni sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. Təhsil, mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
Bəyanatda diqqət çəkən əsas məqamlardan biri də regionda sülh və təhlükəsizlik məsələləri oldu. Tərəflər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə etdilər. İtaliya Baş naziri bu prosesə tam dəstək verdiyini açıq şəkildə bəyan etdi.
Qonşu Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın nümayiş etdirir. Meloni Bakı səfəri ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə, regional liderliyinə və sülh gündəliyinə verdiyi dəstəyi bir daha bütün dünyaya bəyan etmiş oldu.
Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar göstərir ki, Azərbaycan–İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Səfər zamanı əldə olunan razılaşmalar və ifadə olunan siyasi iradə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır və İtaliya bu tərəfdaşlığın inkişafında aparıcı rol oynayır. Eyni zamanda, regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən birgə səylər beynəlxalq əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

