Tərtərdə “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbir keçirilib
06.05.2026 [16:12]
Tərtər rayonunda “Şəhərsalma və Arxitektura İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev və memarlıqda milli üslub” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev, idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, İƏD üzrə nümayəndəər, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra rayon Mədəniyyət Mərkəzində davam edən mərasimdə iştirakçılar Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
Mədəniyyət Mərkəzinin zalında keçirilən rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, dahi rəhbərin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişaf strategiyasını müəyyənləşdirərək şəhərsalma, memarlıq və abadlıq sahələrinin müasir əsaslar üzərində formalaşdırılmasını təmin edib. Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Heydər Əliyev ölkənin memarlıq abidələri ilə zənginləşdirilməsinə, gözəl dizaynlı binalarla, heykəllərlə gözəlləşdirilməsinə xüsusi diqqət yetirib. “Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib”, – deyərək, memarlıq və inşaat sahəsində də böyük tərəqqi əldə edilməsini prioritet sayıb. Ümummilli liderin Azərbaycan memarları qarşısında qoyduğu ilk tapşırıq belə idi ki, tikilinin formasından asılı olmayaraq, milli üslub, milli kolorit, tarixi, klassik memarlıq adət-ənənələri davam etdirilməlidir.
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxışında qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə genişmiqyaslı quruculuq və abadlıq işləri aparılır, şəhər və rayonlarımızın siması yenilənir.
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev isə ölkəmizdə həyata keçirilən tikinti-quruculuq işlərində milli memarlıq üslubunun qorunması və müasir şəhərsalma prinsipləri ilə uzlaşdırılmasında Heydər Əliyevin rolundan danışıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul edilən üzvlərə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Sonda rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

