Vücudunun məzarından qalxan ruh
14.05.2026 [09:33]
Lev Tolstoyun “Dirilmə” romanı haqqında
əvvəli ötən sayımızda
Romanın yazıldığı illərdən hansınınsa belə bir gözəl yaz günündə, konkret desək, aprelin 28-i səhər saat doqquzda Moskva türmələrinin birində saxlanan üç dustağın işinə baxılır.
Üç müttəhimdən biri olan məhbus qadın Yekaterina Maslovanın həyat tarixçəsi sadədir. O, illər öncə kənddə bir cüt mülkədar bacının inəklərinə baxan ərsiz qaravaşın yoldan ötən sərgərdan qaraçıdan doğulmuş qızıdır. Üç yaşına çatanda Katyuşanın anası ölür, mülkədar xanımlar onu yanlarına götürüb qızları kimi böyüdürlər, ona təlim-tərbiyə verirlər. Qız xanımların evində yarı övlad, yarı da qulluqçu kimi bir status qazanır. Katyuşanın on altı yaşı olanda xanımların qardaşı oğlu tələbə Dmitri Nexlyudov yay tətilində bibilərinin yanına dincəlməyə gəlir. Katyuşa özü kimi saf, məsum, yaraşıqlı oğlana vurulur, ancaq knyaz balasına bəslədiyi sevgini dilinə gətirməyi ağlından belə keçirmir.
***
Üç il sonra həmin knyaz Nexlyudovun yolu yenidən kəndə düşür. Bu dəfə o, zabitdir, əvvəlki saflığından bir şey qalmayıb, pozğun ordu həyatı, qumar, qadınlar artıq onun üzündəki həya pərdəsini yırtıb. Bibilərinin yanına da hərbi səfər üstündə yolüstü dönüb, amma əlbəttə, Katyuşanı da unutmayıb. Qızı yenidən görəndən sonra Dmitri kənddə bir gecə yerinə dörd gün qalası olur, pasxa bayramını burada keçirir, üstəlik, qaldığı müddətdə Katyuşanı yoldan çıxarmağa da fürsət tapır:
“Üç il qabaq o, bir xeyirxah əməl üçün fədakarlığa hazır dürüst gənc idi; indisə yalnız aldığı həzzə vurğun, pozğun, incə-mincə bir eqoist olmuşdu. O zaman dünya ona sirli-soraqlı bir aləm kimi görünürdü, o, fərəhlə, coşquyla bu sirləri çözməyə çalışırdı; indisə bu həyatda hər şey sadə, aydın idi, hər şeyi şərait özü müəyyənləşdirirdi. O zaman təbiətlə, ondan əvvəl yaşamış, duyub-düşünmüş insanlarla - şairlər, filosoflarla ünsiyyət vacib idi; indisə cəmiyyətə qaynayıb-qarışmaq, dostlarıyla görüşüb-danışmaq ona daha lazımlı görünürdü. O zaman qadın onun nəzərində həm sirli, həm də gözəl, məhz elə sirli olduğuna görə gözəl bir varlıq idi; indisə doğmalarını, dostlarının arvadlarını çıxmaqla hər qadının ondan ötrü bəlli təyinatı vardı: bir dəfə daddığı həzzə dönə-dönə yetişmək üçün qadın onun əlində əvəzsiz alət idi. O zaman ona pul-para gərək deyildi, anası verdiyinin üçdə birini qaytara da bilərdi, hətta atasından qalma malikanəni kəndlilərə bağışlamaq da ürəyindən keçirdi; indisə anasının hər ay göndərdiyi min beş yüz rubl ona yetmirdi, buna görə aralarında söz-söhbət də olurdu. O zaman onun gerçək məni - mənəvi varlığıydı; indisə o, sağlam, gümrah heyvani vücudunu əsl mənliyi sayırdı”.
Üç illik aradan sonra Katyuşanı yenidən görəndə Nexlyudov hiss eləyir ki, bu qızı yenə də sevməyə başlayıb, amma bu sevgi əvvəlki sevgidən deyil, nəsə başqa cür dadır. Ürəyinin dərinliyində Dmitri yubanmadan, tezliklə bibisigildən çıxıb getməli olduğunu anlayır, bilir ki, bu qalışı mütləq fəsad törədəcək, di gəl, ayağı sözünə baxmır, canındakı iki cahan, iki məni arasında var-gəl eləməkdən üzülüb heydən düşsə də, xatirələrinə hələ toz qondurmamış malikanədən qopa bilmir:
“Hər kəs kimi Nexlyudovun da varlığında iki insan yaşayırdı: biri - mənəvi insan özünə elə bir xoşbəxtlik axtarırdı ki, o xoşbəxtlikdən başqaları da pay götürə bilsin; o biri - heyvani insan xoşbəxtliyi yalnız özündən ötrü arzulayırdı, üstəlik, onun yolunda bütün dünyanın səadətini qurban verməyə hazır idi. Həmin dövrdə Peterburq həyatının, hərbçi güzəranının körüklədiyi çılğın eqoizmin sayəsində onun varlığına heyvani insan hakim kəsilmiş, mənəvi insanı tamam küncə qısnamışdı. Ancaq Katyuşanı görər-görməz ona bəslədiyi köhnə hissi təzələnəndə mənəvi insan içində baş qaldırıb öz haqqını istəməyə başladı. Beləcə, pasxa bayramından əvvəlki iki gündə Nexlyudovun varlığında şüurunun dərk eləmədiyi gərgin mübarizə getdi...”
***
Pasxa sona çatanda Nexlyudov Katyuşanın qoynuna yüz rubl dürtüb cəbhəyə yollanır. Bir müddət keçmiş Katyuşa boylu olduğundan duyuq düşür, xanımlarıyla qəsdən kobud davranır ki, onu qulluqdan qovsunlar. Şələ-küləsi qoltuğuna veriləndən sonra kəndə gedib çaxır satan, hadıxlıq eləyən dul arvadın daxmasına sığınır. Doğuş asan keçsə də, qarı Katyuşanın bədəninə mikrob salır, zavallı qara qızdırma içində ölümün astanasınacan gedir. Körpəni əyalət şəhərindəki uşaq evinə göndərirlər, onun da ora çatırışıyla ölməyi bir olur.
Əcəl döşəyindən qalxdığı gündən el-el dolaşan, əldən-ələ keçən Maslova vasitəçilərin yardımıyla Kitayeva soyadlı bədnam şöhrətli qadının saxladığı bordelə düşür. Burada yeddi il “namusla” xidmət göstərəndən sonra indi onu qalan iki dustaqla birlikdə iki ağır cinayətdə - oteldə görüşdüyü bir sərxoş müştərini həm zəhərləyib öldürməkdə, həm də qarət eləməkdə suçlayırlar.
Beləliklə, zalda andlı məhkəmə iclasçısı (münsif, prisyajnı) kimi iştirak eləyən knyaz Nexlyudov müttəhimlərdən birini qəfil tanıyır. Yuxarıda xatırlatdığımız hadisədən on il keçib, Dmitri İvanoviç kübar cəmiyyətdə tanınan varlı zadəgan, etibarlı mövqe sahibidir. Həmin sabah o, yuxudan kefikök oyanmışdı, kofesini içə-içə dövlətli, nüfuzlu Korçaginlərin evində keçirdiyi axşamı ləzzətlə xatırlayırdı. Kübar cəmiyyətdə danışıldığına görə, knyaz Nexlyudov yaxın zamanda bu məşhur ailənin gözəl qızıyla evlənəcək. Bir sözlə, bəyin işləri yağ kimi gedir. Bircə bu qanqaraldan məhkəmə olmayaydı, bu görüş baş verməyəydi: “Ola bilməz!” - Nexlyudovu heyrət necə qurudursa, yalnız bu iki kəlməni öz-özünə pıçıldamağa gücü çatır.
Bəli, bu, həmin qızdır, Katyuşadır. Üçüncü kursu bitirəndə Dmitri torpaq üzərində mülkiyyətlə bağlı kurs işi yazmaq üçün yayı bibilərinin yanında keçirmişdi. Qarasaç, qaragöz Katyuşanı da həmin yay tanımışdı. İki məsum gənc onda bir-birinə saf könüldən bənd olmuşdu. Rəsmən qaravaş sayılsa da, Katya evin qızı kimiydi, yaxşı tərbiyə görmüşdü, mütaliəsindən qalmazdı, Dostoyevskini, Turgenevi oxuyardı. Kəndə sonrakı dönüşündə isə... Yox, indi burasını xatırlamağa Nexlyudovun tabı qalmayıb.
***
Necə olmuşdu ki, o bu qızı indiyəcən xatırlamamışdı! Əslində, o sadəcə Katyuşanın surətini yaddaşına yaxın buraxmamışdı, çünki unutmağa çalışdığı xatirələr onu rahat, nizamlı, qurulu həyatından dərbədər salıb dincliyini poza bilər, özü haqqında uydurduğu təsəvvürü bir andaca dağıda bilərdi. İndi artıq obraz özü gəlib onun gözlərinin qabağını kəsdirib. Nexlyudov əvvəl-əvvəl vicdanına təslim olmaq istəmir, içini yeməyə başlayan peşmanlığın ötəri hal olduğunu düşünür. Əlbəttə, həyat özü bütün dərdlərə çarə qılır, bu qanayan yaraya da qarşıda onu gözləyən xoşbəxtliyin əliylə məlhəm sürtəcək...
davamı növbəti sayımızda
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

