Təzyiqlər heç bir nəticə vermədi...
14.05.2026 [11:49]
İlham Əliyev: O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir
1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı təcavüzü, 20 faizdən artıq ərazilərimizin işğal olunması həm də beynəlxalq hüququn pozulması faktı idi. Qlobal dünyanın bir parçası olan Azərbaycana qarşı edilmiş bu cinayət faktı həmin dövrdə demək olar ki, bütün dünya tərəfindən susqunluqla qarşılanırdı. Beynəlxalq təşkilatlar sadəcə bəyanat verməklə işlərini bitmiş sayır, bu bəyanatların icrasına diqqət yetirmirdilər. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu da bu məsələdə beynəlxalq vasitəçilik missiyasını yerinə yetirməli olsa belə, fəaliyyəti ciddi suallar doğururdu. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu format kağız üzərində münaqişənin sülh yolu ilə tənzimlənməsinə xidmət etsə də, praktiki baxımdan status-kvonun qorunmasına şərait yaradır, hətta bəzi məqşamlarda işğalçı ölkəyə dəstək belə göstərirdilər. İşğal altında olan Azərbaycan torpaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilmədi, Ermənistanın destruktiv siyasətinə qarşı konkret təzyiq mexanizmləri tətbiq olunmadı - halbuki hər 3 dövlət BMT TŞ-nın daimi üzvu idilər.
Daha çox maneəyə çevrildi...
Xatırladaq ki, SSRİ-nin dağılması ilə müstəqillik əldə edən Ermənistan və Azərbaycan 30 yanvar 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM 1995-ci ildən etibarən Avropada Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı və ya ATƏT adlandı) işinə qoşulublar. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 24 mart 1992-ci il tarixlində Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə regiondakı vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. Minsk Qrupunun əsası isə 1994-cü ildə keçirilən ATƏM-in Budapeşt Zirvə toplantısı zamanı qoyuldu. Həmin toplantıda Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qərar qəbul olunub. Budapeşt Sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunub. 28 avqust 1995-ci ildə isə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi (ŞN) vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər.
Minsk qrupunun fəaliyyəti illər boyu daha çox bəyanatlar, nəticəsiz görüşlər və diplomatik imitasiya ilə yadda qaldı. Vasitəçilər balanslı mövqe nümayiş etdirmək adı altında işğalçı ilə işğala məruz qalan tərəf arasında süni bərabərlik yaratmağa çalışdılar. Bu isə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd idi. Münaqişənin həlli istiqamətində real irəliləyiş əldə olunmaması regionda gərginliyin davam etməsinə, humanitar problemlərin dərinləşməsinə və yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıda bilməməsinə səbəb oldu.
Vasitəçilər belə təzyiq edirdilər...
2020-ci ilin Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi və bununla həm də Minsk qrupunun illərlə nəticə verməyən fəaliyyəti faktiki olaraq iflasa uğradı. Həmin dövrdə həm beynəlxalq hüququn bərpası, həm BMT TŞ-nın məlum qətnamələrinin icrası, həm də ədalətin təntənəsi uğrunda mübarizə aparan Azərbaycana qarşı təzyiqlər belə edilirdi. Maraqlıdır ki, təzyiq göstərən güclər arasında adıçəkilən ATƏT-in Minsk qrupunun üzvləri də yer alırdı. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi: “Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”.
Beynəlxalq hüquqa qarşı hörmətsizlik...
Bu proses bir daha göstərdi ki, beynəlxalq vasitəçilik mexanizmi effektiv siyasi iradə və konkret nəticəyə hesablanmış yanaşma olmadan yalnız formal platformaya çevrilə bilər. ATƏT-in Minsk qrupu da nəinki öz işinin öhdəsindən gəlmədi, əksinə, hətta müəyyən dövrlərdə həll prosesinə əngəl, status-kvonun davam etməsinə şərait yaratdı. Ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə yüzlərlə, bəlkə də minlərlə səfərləri gözdən pərdə asmağa xidmət etdi, problemin həllində iştirak isə ümumiyyətlə nəzərə çarpmadı. İllər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu hüquqları pozulan azərbaycanlıları görməzdən gəldi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupunun fəaliyyətsizliyi isə həm də beynəlxalq hüquqa qarşı qurumun hörmətisizliyi idi.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

