Reallığı seçənlər və seçilmək üçün pul paylayanlar...
26.05.2026 [09:35]
“Güclü Ermənistan” bloku seçicilərə rüşvət verməkdə ittiham edilir
Ermənistanda seçki gərginliyi davam edir. Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası regionlarda seçicilərlə görüşlərinin qrafikini daha da sıxlaşdırıb. Buna səbəb isə digər partiyaların proqramlarını daha çox əyalətlərdəki seçicilərlə görüşlər üzərində qurmasıdır. Paşinyan və komandası revanşist maraqları dəstəkləyən partiyaların əhali arasında apardığı təbliğata qarşı antitezislər qurmaqla diqqəti cəlb edir. Qeyd edək ki, Vətəndaş Müqaviləsi Partiyasının seçki tezisləri arasında xüsusilə sülhün dəstəklənməsi, Azərbaycan ilə münasibətlərin normallaşması və Qərbə inteqrasiya kimi məsələlər ön plana çıxarılır.
Karapetyanın ofislərində axtarış - həbs olunanlar var
Bu arada Rusiyaya bağlı olan iş adamı Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” blokunun ətrafında qalmaqallar daha da böyüyüb. Belə ki, mayın 25-də blokun Avan rayonundakı ofislərində axtarışlar aparılıb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən verilən məlumatda bildirilib ki, istintaq seçki rüşvətinin verilməsi və alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində aparılır. Komitənin məlumatına görə, beş nəfər saxlanılıb. Vurğulayaq ki, Karapetyanın komandasının seçiciləri pul verilməsi və bu kimi qanun pozuntularına yol verdikləri haqda məlumatlar yeni deyil. Mayın 15-də blokun Vanadzor ofisində axtarış aparılmışdı və orada da bir çox adamlar saxlanılmışdı. Bildirilmişdi ki, seçki rüşvətxorluğuna hazırlıq və vətəndaşların seçki hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə mane olmaq iddiaları ilə bağlı cinayət araşdırmasının bir hissəsi olaraq, Ermənistan Respublikasının Lori bölgəsindəki ofislərdə də bir sıra axtarışlar və digər prosedur tədbirləri həyata keçirilib. Qeyd olunmuşdu ki, Karapetyanın rəhbərlik etdiyi blok ərazidə “Kombikorma” adı altında fəaliyyət göstərən mağazada gizli ofis təşkil edibmiş və orada da seçicilərə rüşvət verilməsi hallarına təsadüfi olunub. Həmin vaxt da axtarışlar nəticəsində həbslər həyata keçirilmişdi.
İrəvan Aİ ilə vizasız gediş-gəlişi razılaşdırır
Ermənistan hakimiyyəti isə seçkidən sonra qələbə qazanacağı təqdirdə Avropa ilə münasibətləri daha da genişləndirəcək. Nikol Paşinyan iki il ərzində Ermənistanla Aİ arasında vizasız səyahət razılığının alındığını bəyan edib. Novosti-Armenia agentliyinin məlumatına görə, Ermənistan Avropa İttifaqı ilə vizasız səyahət məsələsini iki il ərzində həll edəcək: “Ermənistanla Aİ arasında viza liberallaşdırılması məsələsi iki il ərzində həll olunacaq. O vaxta qədər sadəcə pasportunuzu və biletinizi gətirməyi unutmayın”, - deyə Paşinyan bildirib. Onun sözlərinə görə, viza gecikmələrinin səbəblərindən biri Aİ ölkələrinə səyahət edən Ermənistan vətəndaşlarının sayının artmasıdır.
“Bizə deyirlər: Aİ ilə çox yaxşı münasibətləriniz var, viza məsələsini həll edə bilmirsiniz? Bunun niyə baş verdiyini bilirsinizmi? Çünki 2018-2025-ci illər arasında Ermənistandan Aİ-yə gedən insanların sayındakı artım 500 faizdən çoxdur. Aİ ölkələrinin səfirlikləri Ermənistan vətəndaşlarının bütün müraciətlərini qəbul edə bilmir”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, Ermənistan və Aİ arasında viza liberallaşdırılması dialoqu rəsmi olaraq 2024-cü ilin sentyabrında başlayıb. Aİ ekspert missiyaları Ermənistana 2025-ci ilin yazında gəlib və 5 noyabr 2025-ci ildə Avropa Komissiyası İrəvana viza liberallaşdırılması üzrə fəaliyyət planı təqdim edib.
Fəaliyyət planına dörd blokda qruplaşdırılmış 74 məcburi bənd daxildir: biometrik sənədlər, sərhəd idarəçiliyi, ictimai asayiş və insan hüquqlarının qorunması. Xüsusilə, müzakirə pasportlar və şəxsiyyət vəsiqələri, miqrasiya siyasəti, sığınacaq, narkotik və insan alverinə qarşı mübarizə, cinayətkarlığın qarşısının alınması, korrupsiyaya qarşı mübarizə tədbirləri və insan hüquqlarının qorunması məsələlərini əhatə edir.
Paşinyan Türkiyə və Azərbaycanla əlaqələr barədə danışdı
Mayın 24-də Nikol Paşinyan Ermənistanın Gürcüstanın Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə malların ixracı və idxalı üçün Aİ ilə dəmir yolu əlaqəsi qurduğunu da açıqlayıb. Ermənistanın Baş naziri bunu “ölkənin iqtisadi həyatında böyük hadisə” adlandırıb və dəmir yolunun ixrac və idxal daşımaları üçün açıq olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqələrinin, daha sonra isə Ermənistandan Naxçıvan vasitəsilə İrana gedən yolun açılması gözlənilir. O, bu layihələrin həyata keçirilməsini TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) nəqliyyat təşəbbüsü ilə əlaqələndirib.
Rusiyadan “qaz təzyiqi”...
Rusiya isə Ermənistandakı seçkiləri diqqətlə izləyir. Ermənistan mediası bunu seçkidə iştirak edən bəzi qüvvələrin Rusiya tərəfindən idarə olunması ilə əlaqələndirir. Bildirilir ki, Kreml bir çox vasitələrlə İrəvana təzyiq göstərməyi planlaşdırır. Bu vasitələrdən biri isə Ermənistanın mavi yanacaqla, qazla təminatı məsələsidir. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşma kursunu tənqid edərək bildirib ki, İrəvan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyündən istfadə edir, həm də Aİ ilə münasibətləri inkişaf etdirməyə çalışır. Medvedev “Maks” kanalında bildirib ki, “taburetkalar arasında oturmağa çalışanlar ağrılı şəkildə yerə yıxılmaq riski ilə üzləşirlər”. Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə münasibətlər dərinləşdikcə belə, Rusiya qazının cari qiymətlərini qoruyub saxlamağı planlaşdırır: “Rusiya “tərəfdaş”ı üçün cari qaz qiymətlərini - min kubmetr üçün 177,5 dolları saxlamağa borcludurmu?”, - deyə o yazıb və qeyd edib ki, 2026-cı ilin may ayında Avropada qazın mübadilə qiymətləri min kubmetr üçün 570-590 dollar olub.
“Hamıya aydındır ki, əgər onlar Avropa qaz qiymətlərinə keçsələr, ölkəsinin xalqı bu oğlanı əsəbi halda birbaşa Parisdəki sevgili dostunun yayına (Fransa prezidenti Emmanuel Makron) göndərəcək “, - deyə Medvedev bildirib.
Mayın 22-də isə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Paşinyanın Rusiyaya qarşı siyasətini düşmənçilik adlandırmışdı. “Dövlət Duması deputatlarının fikrincə, Ermənistanın Baş naziri Paşinyan Rusiya Federasiyasına qarşı qeyri-dost siyasət yürüdür, ölkəmizin təklif etdiyi imkanlardan kinayə ilə istifadə edir”, - deyə Volodin yazıb və Rusiyanın Ermənistana öz ziyanına qaz tədarük etdiyini vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Qərb ölkələri Rusiyanın müttəfiqlərini, ilk növbədə qonşularını “parçalamağa” çalışır. “Ermənistanı “səhv məntiqə” sürükləmək üçün edilən hazırkı səylər də “Rusiyaya mümkün qədər çox zərər vurmaq” məqsədi daşıyır”, - deyə Rusiya xarici işlər naziri qeyd edib.
Mirzoyan cavab verdi...
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə rusiyalı həmkarına cavab verib. O bildirib ki, İrəvan müxtəlif ölkələrlə tərəfdaşlıq münasibətlərini davam etdirir. “Biz müxtəlif ölkələrlə strateji münasibətlər də daxil olmaqla, tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır və qururuq. İkitərəfli münasibətlərimiz heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. ABŞ və Aİ ilə strateji münasibətlərimiz heç bir şəkildə Rusiyaya qarşı yönəlməyib. Gündəmlərimiz açıqdır. Biz müxtəlif sahələrdə tərəfdaşlarımızla səmərəli əməkdaşlıq edirik”, - deyə Mirzoyan bildirib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

