Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri dərinləşir
26.05.2026 [09:51]
Ticari-investisiya mübadilələrinin artırılması istiqamətində mühüm platformalar yaradılır
Özbəkistanın rəsmi “UZA” xəbər agentliyinin saytında dərc edilən “Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır” adlı məqalədə hər iki ölkənin regionda qarşılıqlı ticarət və birbaşa sərmayələri davamlı şəkildə artırmasından bəhs edilir. Vurğulanır ki, iki türk dövləti arasında sürətlə inkişaf edən ikitərəfli münasibətlər sayəsində mühüm iqtisadi-investisiya platformaları yaradılmaqdadır. Bu fəal təşəbbüskarlığın nəticəsidir ki, 2025-ci ildə birgə layihələrin həcmi əvvəlki illə müqayisədə 20-30 faiz artıb. İstehsal zəncirlərini birləşdirmək və “Made in Central Asia” brendi üzrə sənaye mərkəzlərini yaratmaqla, hər iki ölkə həm birbaşa, həm də Mərkəzi Asiya dövlətlərinin iqtisadi inteqrasiyasına da töhfələr verir.
Sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi
Azərbaycan və Özbəkistan son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib və tərəflər sərmayə təşəbbüslərini artırmaq üçün ortaq maliyyə institları yaratmaqdadır. Tərəflər arasında imzalanan “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi”, eləcə də digər mühüm sənədlər bu istiqamətdə xüsusi əhəmiyyətə malikdir.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” Bəyannamə və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi haqqında” Sazişə, birgə iqtisadi təmaslar daha da güclənib. 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek İnvestment” MMC Birgə Müəssisəsi (AUİC) qeydiyyatdan keçib. Qurumun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməni təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Bu, ilkin maliyyə kapitalıdır və qarşıdakı illərdə layihələrin və iqtisadi prioritetlərə uyğun nizamnamə fondunun artırılması nəzərdə tutulur.
Hədəf investisiya paketini 10 milyard dollara çatdırmaqdır
İki il əvvəl yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə birgə investisiyaları əlaqələndirən və həyata keçirən əsas qurumlardan biri kimi çıxış edir. Şirkətin strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Şirkətin fəaliyyəti eləcə də, səhiyyə, logistika, sənaye, kənd təsərrüfatı emalı, maliyyə texnologiyaları, informasiya texnologiyaları, təhsil və enerji sahələrini əhatə edən uzunmüddətli layihələrin hazırlanmasına və dəstəklənməsinə yönəlib.
Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşının olması şərtilə, qarşılıqlı maraq doğuran mövcud və yeni yaradılmış təsərrüfat subyektlərinin nizamnamə kapitalında minoritar payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarının və digər qiymətli kağızlarının əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı da nəzərdə tutulur ki, bu da şirkətə mühüm maliyyə institutu funksiyasının səlahiyyətlərinin verilməsi deməkdir. Eləcə də innovasiya və startap, süni zəka texnologiyaları da sərmayə təşviqlərində yer alır.
Son 2 ildə gerçəkləşmiş investisiyalar arasında “ICE+” immersion soyutma texnologiyasına əsaslanan yeni nəsil məlumat mərkəzi avadanlıqlarının lokallaşdırılması üçün “Engineering+” ilə əməkdaşlıq çərçivəsində 1,7 milyon dollarlıq layihəni qeyd etmək olar. Layihə mikroməlumat mərkəzləri və süni intellekt tətbiqləri üçün serverlərin istehsalını əhatə edir. Məhsullar Mərkəzi Asiya və Yaxın Şərqə ixrac, eləcə də daxili bazar üçün nəzərdə tutulub. “Cintana Education” və Arizona Dövlət Universiteti ilə tərəfdaşlıq çərçivəsində Daşkənddəki Amerika Texnologiya Universitetinin inkişafı üçün 2 milyon dollar ayrılıb. Bu vəsait kampusun modernləşdirilməsinə və universitetin imkanlarının gücləndirilməsinə sərf olunacaq.
İnvestisiya şirkətinin hədəfi investisiya müəssisələri və biznes dairələri arasında birgə layihələrin həyata keçirilməsi sayəsində sərmayə paketinin həcmini 10 milyard dollara çatdırmaqdır.
Biznesmenlər Şurası yaradılır
Özbəkistan və Azərbaycan hökumətləri iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək, birgə investisiya layihələrini təşviq etmək məqsədilə Biznesmenlər Şurası yaratmağı da planlaşdırır. Hazırda yeni təsisatın yaradılması üçün zəruri texniki və hüquqi məsələlər həll edilməkdədir. Şura biznes nümayəndələri arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin etmək, onların üzləşdiyi texniki çətinliklərini və hüquqi məsələlərin operativ şəkildə həllinə nail olmaq, institusional dəstək göstərmək, biznes planlarının realizasiyası istiqamətlərində çevik və təsirli addım atmaq məqsədi daşıyır.
Özbəkistan və Azərbaycanda ikitərəfli və çoxtərəfli iqtisadi layihələri genişləndirməklə həm iqtisadi-ticari münasibətlərin dinanikasını, həm də qarşılıqlı sərmayə yatırımlarının məbləğini artırmaq niyyətindədir. Bu prosesdə iri şirkətlər və investisiya korporasiyaları ilə yanaşı, kiçik və orta biznes icmasının da sərmayə təşviqinə cəlb edilməsinə ehtiyac var. Bu baxımdan Biznesmenlər Şurası bu funksiyanı öz üzərinə götürərək ticarət-sənaye palataları və sahibkarlar assosiasiyalarının xətti ilə koordinasiyanı təmin edəcək, investisiya paketinin formalaşdırılmasına töhfə verəcək.
Orta Dəhlizdə daşınmalar artır
Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizini birləşdirən nəqliyyat dəhlizlərində əsas coğrafi hüdudlardan biri kimi Azərbaycan və Özbəkistan mühüm yer tutur. Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) hər iki ölkə daşınmaları dayanmadan artırır. 2025-ci ilin yanvar-sentyabr ayları arasında Azərbaycan vasitəsilə yük dövriyyəsi 6 faiz artımla 2,65 milyon tona çatıb. Eyni dövrdə, Bakı Limanından konteyner daşımaları 40 faiz artıb. Bu dəhliz tranzit marşrutlarını təkmilləşdirəcək, ənənəvi marşrutlardan asılılığı azaldacaq və Avropa İttifaqı, Çin və Cənubi Asiya ilə əlaqələri gücləndirəcək. Bu, regionu beynəlxalq kapital üçün daha cəlbedici edəcək və yeni sənaye sahələrinin inkişafını stimullaşdıracaq.
Ümumilikdə, Özbəkistan və Azərbaycan iqtisadi-investisiya modelləri ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2030-cu ilə qədər 1 milyard dollara çatdırmağı planlaşdırır. Bu prioritet hədəfə çatmaq üçün “yaşıl enerji”, sənaye və logistika sektorlarında investisiya portfelinin davamlı olaraq genişləndirilməsi, nəqliyyat dəhlizləri ilə daşınmaların həcmlərinin artırılması, yüksək ixrac potensialına malik texnoloji layihələrin icrasının sürətləndirilməsi, sənaye, infrastruktur və texnoloji inkişaf sahəsində təşəbbüslərin həyata keçirilməsinin üçün praktik həllinə nail olunması nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

