Aqrar sahənin gələcəkdə daha böyük uğurlar əldə edəcəyi şübhəsizdir
02.06.2026 [11:02]
Məlumdur ki, dünyada baş verən ekoloji proseslər, iqlim dəyişiklikləri, eyni zamanda, əhali sayının artması fonunda ərzaq çatışmazlığı problemi hər bir ölkənin aqrar sahəyə, kənd təsərrüfatına daha çox diqqət ayırmasını zərurətə çevirir. Digər tərəfdən, regional və qlobal miqyasda baş verən münaqişələr üzündən hər bir ölkədə ərzaq təhlükəsizliyini təmin etmək prioritet vəzifəyə çevrilib. Bu baxımdan, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirədə sadalanan prioritetlər aqrar sahədə yeni bir mərhələnin başlanğıcından xəbər verir.
Yeri gəlmişkən, qeyd edək ki, ölkədə “Ağıllı kənd” layihəsi həyata keçirilir. Aqrodronlar, peyk müşahidə texnologiyaları və süni intellekt əsaslı idarəetmə həlləri aqrar sektorda müəyyən mənada tətbiq olunur. Bu mənada dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan əsas hədəflər məhz aqrar sahədə müasir texnologiyaların tətbiqinin daha da inkişaf etdirilməsinə, Azərbaycanda kənd təsərrüfatının yeni bir mərhələyə qədəm qoymasına hesablanıb. Bu da öz növbəsində, daxili istehsalın artmasına, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına öz təsirini göstərəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədən sonra Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 - 2030-cu illər üçün Dövlət Proqramının təsdiq edilməsi bu sahədə mövcud olan problemlərin həllinə imkan yaradacaq. Sənəddə qeyd edildiyi kimi proqramın icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi nəzərdə tutulur. Bundan başqa, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinə geniş yer ayrılacaq ki, bu da aqrar sahədə məhsuldarlığın artmasına şərait yaradacaq.
Onu da qeyd edək ki, aqrar sahədə həyata keçiriləcək tədbirlər, tətbiq olunacaq yeni yanaşmalar, heç şübhəsiz ki, kənd yerlərində sosial rifahını gücləndirməsinə və regionların balanslı inkişafına təsirsiz ötüşməyəcək. Ötən illər ərzində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Regionlarda ümumi tutumu 400 min ton olan soyuducu anbarlar tikilib, 1,9 milyon ton tutuma malik taxıl elevatorları və logistika infrastrukturu yaradılıb. Paralel olaraq meliorasiya tədbirləri nəticəsində 483 min hektar sahədə su təminatı yaxşılaşdırılıb. Bu istiqamətdə həyata keçirilən digər tədbirlər Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Ancaq, müasir çağırışlar, ətraf mühitdə baş verən dəyişikliklər ərzaq təhlükəsizliyinə daha çox diqqət ayırmağı zəruri edir. Həmçinin kənd yerlərində dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsi də zəruridir. Ən əsası, kənd təsərrüfatı milli iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı fikirlər kənd təsərrüfatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji mesajlar kimi xüsusi əhəmiyyət kəsb edir. Dövlət dəstəyi, özəl sektorun fəallığı və xarici investisiyaların cəlb olunması sayəsində aqrar sahənin gələcəkdə daha böyük uğurlar əldə edəcəyi şübhəsizdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

