Azərbaycan Qlobal Enerji Təhlükəsizliyinin etibarlı tərəfdaşıdır
02.06.2026 [15:30]
Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən, sabit iqtisadiyyata malik və beynəlxalq əməkdaşlıq platformalarında mühüm rol oynayan dövlətlərindən biridir. Son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühitinin formalaşdırılması və müasir infrastruktur layihələrinin icrası ölkəmizin iqtisadi qüdrətini daha da artırmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun aparıcı iqtisadi mərkəzlərindən birinə çevrilmiş, dayanıqlı inkişaf modelini formalaşdırmağa nail olmuşdur.
Eyni zamanda, ölkəmiz ənənəvi enerji mənbələri ilə yanaşı, yaşıl enerji sektorunun inkişafına da xüsusi diqqət yetirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan edilməsi, günəş və külək enerjisi layihələrinin genişləndirilməsi Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanğıcını təşkil edir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm enerji təhlükəsizliyinin təmin edilməsində, həm də qlobal enerji keçidi prosesində etibarlı tərəfdaş kimi çıxış edir.
Belə bir dövrdə Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışı Azərbaycanın enerji strategiyasının uğurlarını, ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi və iqtisadi mesajlarla yadda qaldı.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi fəaliyyət göstərir və ölkəmiz tərəfindən həyata keçirilən enerji layihələri qlobal enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib. Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və TAP layihələri Avropanın enerji təchizatında mühüm rol oynayır. Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın enerji siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünya enerji bazarına inteqrasiya olunmuş, xarici investisiyalar cəlb edilmiş və milli enerji strategiyasının əsası yaradılmışdır. "Əsrin müqaviləsi" ilə başlayan inkişaf yolu bu gün Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strategiya müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilərək daha da zənginləşdirilmişdir.
Çıxış zamanı yaşıl enerji gündəliyi də xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan enerji siyasətini yalnız ənənəvi neft və qaz resursları üzərində qurmur. Ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafına böyük investisiyalar yatırır. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, günəş enerjisi layihələri və xarici tərəfdaşlarla imzalanmış müqavilələr Azərbaycanın yaşıl enerji istehsalçısına çevrilmək istiqamətində ciddi addımlar atdığını göstərir.
Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin əhəmiyyətindən də bəhs etdi. İşğaldan azad olunmuş ərazilərdə yaradılan yeni enerji infrastrukturu, su elektrik stansiyaları, günəş və külək enerjisi layihələri regionun gələcək inkişafında mühüm rol oynayacaq. Bu layihələr Azərbaycanın dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, ölkənin yaşıl enerji potensialının beynəlxalq bazarlara çıxarılmasına da xidmət edir.
Çıxış zamanı Azərbaycanın gələcək enerji strategiyasının əsas istiqamətləri də açıqlandı. Dövlət başçısı enerji mənbələrinin şaxələndirilməsi, yeni ixrac marşrutlarının yaradılması, yaşıl enerji layihələrinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinin qarşıdakı dövrün əsas prioritetləri olduğunu bildirdi. Bu istiqamətdə həyata keçirilən layihələr ölkəmizin iqtisadi inkişafına əlavə töhfələr verməklə yanaşı, beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu daha da gücləndirəcək.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji sahəsində əldə etdiyi uğurlarla kifayətlənməyərək gələcəyə hesablanmış strateji siyasət həyata keçirir. Ölkəmiz həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji keçidinin fəal iştirakçısı kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verən, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünya birliyində öz mövqeyini möhkəmləndirməkdə davam edir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

