Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada partiya veteranı ilə görüş keçirilib

Ağstafada partiya veteranı ilə görüş keçirilib

02.06.2026 [15:40]

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən veteran partiyaçı Mehdiyev Nəriman Mehdixan oğlunun 90 illik yubileyi münasibətilə onunla evində görüş keçirilib.

Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. O, Nəriman Mehdiyevin uzun illər rayonun ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.

Görüş çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən ona 90 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib.

Veteran partiyaçı ona göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.

Sonda yubiliyarla xatirə şəkilləri çəkilib.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30