Fransız rəssamın “La Caverne” əsəri zədələnib, açılış təxirə salınıb
03.06.2026 [22:40]
Fransız rəssam JR (Jan-Rene) tərəfindən Parisin məşhur Pont-Neuf körpüsündə həyata keçirilən “La Caverne” (“Mağara”) adlı müvəqqəti incəsənət əsəri zədələnib. Hadisədən sonra şənbə gününə planlaşdırılan açılış mərasiminin təxirə salındığı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, layihənin tərəfdaşlarının verdiyi məlumata görə, iyunun 2-də günortadan sonra əsərin üzərindəki örtük materialının bir hissəsi cırılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə körpünün üzərini örtən konstruksiyanın altındakı şişmə strukturun görünməsi diqqət çəkib.
Hadisənin Parisdə gün ərzində müşahidə olunan güclü külək və yağışlarla əlaqəli olub-olmadığı hələlik məlum deyil.
Layihənin tərəfdaşları olan JR Atelyesi, Kristo və Jan-Klod Fondu, eləcə də Paris Körpüləri Dostluq Cəmiyyəti birgə bəyanatda bildirib ki, texniki və mühəndislik mütəxəssisləri hazırda hadisənin dəqiq səbəblərini müəyyənləşdirmək üçün araşdırmalar aparırlar.
Tərəflər zədənin miqyası və yaranma səbəbi barədə hələlik əlavə məlumat verməyib. Bununla yanaşı, hadisədən bir neçə saat əvvəl Parisdə güclü külək və leysan yağışların qeydə alındığı xatırladılıb.
Layihənin rəsmi açılışına dörd gün qalmış təşkilatçılar əsərin istifadəyə verilməsinin təxirə salınmasına qərar veriblər.
Bəyanatda qeyd olunub ki, “La Caverne” əsərinin açılışı iyunun 6-dan sonra keçiriləcək və yeni tarix aparılan texniki qiymətləndirmələrin nəticələrinə uyğun müəyyənləşdiriləcək.
“La Caverne” layihəsi ölçüləri ilə seçilir. İnstalyasiyanın uzunluğu 120 metr, eni 20 metr, ümumi sahəsi 2400 kvadratmetr təşkil edir. Qurğunun hündürlüyü isə müxtəlif hissələrdə 12 metrdən 18 metrədək dəyişir.
Əsər optik illüziya effekti yaradaraq mağaranın qayalı görünüşünü canlandırır. Bunun üçün ağ, qara və boz çalarlardan istifadə olunub.
Layihə piyadalar üçündür və ziyarətçilər tərəfindən ödənişsiz istifadəsi nəzərdə tutulur. Layihənin səs dizaynı məşhur elektron musiqiçi, vaxtilə Daft Punk duetinin üzvü olmuş Toma Bangalter tərəfindən hazırlanıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

