Sümükqıran qızdırma
04.06.2026 [08:51]
Denge virusu yenidən gündəmdədir...
Ölkəmiz üçün təhlükə var?
İnsanların çoxu ağcaqanadları sadəcə narahatedici qonaqlar hesab etsə də, dünyanın bəzi bölgələrində bu kiçik həşəratlar təhlükəli virusların daşıyıcısıdır. Həmin viruslardan biri olan Denge qlobal səhiyyənin ən ciddi problemlərindən biri kimi yenə diqqət mərkəzində qalır. Denge qızdırması əsasən “Aedes” növünə aid ağcaqanadların sancması nəticəsində insana ötürülən virus infeksiyasıdır. Xüsusilə, tropik və subtropik iqlim qurşaqlarında yaşayan əhali üçün ciddi risk yaradır.
Son illər iqlim dəyişiklikləri, urbanizasiya və beynəlxalq səyahətlərin artması səbəbindən xəstəliyin yayılma coğrafiyası da nəzərəçarpacaq dərəcədə genişlənməkdədir. Bu günlərdə qonşu Gürcüstanda Denge virusuna yoluxma halı qeydə alınıb. Bu barədə İaşvili adına Uşaq Mərkəzi Xəstəxanasının tibbi direktoru, professor İvane Çxaidze məlumat verib. Ölkədə denge virusuna yoluxmuş bir pasiyent aşkarlanıb. Xəstənin vəziyyəti ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Dünya səhiyyə mütəxəssisləri Denge qızdırmasını gələcəyin ən ciddi infeksion problemlərindən biri kimi qiymətləndirirlər. Qlobal istiləşmə və dəyişən ekoloji şərait virusu daşıyan ağcaqanadların daha geniş ərazilərə yayılmasına şərait yaradır. Bu fakt bir daha göstərir ki, bəzən insan həyatı üçün ən böyük təhlükələr gözlə görünməyən viruslardan və onların daşıyıcısı olan kiçik həşəratlardan qaynaqlana bilir.
Dengenin ən təhlükəli cəhətlərindən biri...
Mövzunu “Yeni Azərbaycan”a şərh edən infeksionist-həkim Vüqar Cavadzadə bildirib ki, xəstəliyin inkubasiya dövrü adətən 5-7 gün davam etsə də, bəzi hallarda iki həftəyə qədər uzana bilər: “Əsas simptomlar arasında qəfil üşütmə, bədən hərarətinin 39-41 dərəcəyədək yüksəlməsi, güclü baş ağrıları, eləcə də əzələ və oynaq ağrıları yer alır. Denge qızdırmasının ən təhlükəli cəhətlərindən biri xəstəliyin qısa müddət ərzində həyati təhlükə yaradan ağır formaya keçə bilməsidir. Yüksək hərarət, güclü baş ağrısı, gözdə hiss olunan ağrı, əzələ və oynaq ağrıları, dəri səpgiləri və ümumi halsızlıq kimi əlamətlər ilk günlərdə sadə görünsə də, xəstənin vəziyyəti qəfil pisləşə bilər.
Denge virusu təsadüfi olaraq “sümükqıran qızdırma” adlandırılmır. Xəstələrin əksəriyyəti əzələ və sümük ağrılarının o qədər şiddətli olduğunu bildirirlər ki, sanki bütün bədənləri eyni anda ciddi travmaya məruz qalmış kimi hiss edirlər. Bu ağrılar gündəlik fəaliyyətləri demək olar ki, mümkünsüz hala gətirir”.
Ağcaqanadların çoxalması əngəllənməlidir
İnfeksionist bildirib ki, Denge virusunun yaranmasına səbəb olan Aedes ağcaqanadının ömrü bir həftədən dörd həftəyə qədərdir: “Müvafiq olaraq, bu ağcaqanadların çoxalmasının qarşısını almaq infeksiya riskini azalda bilər. Yetkin ağcaqanadlar həyatları boyu hər 1-2 saatda 1 dəfə, orta hesabla isə gün ərzində 40-50 dəfə qan yeməyi qəbul edirlər və xəstəlik ötürə bilirlər.
Aedes ağcaqanadlarının yumurta qoyması və çoxalması üçün ideal mühit isti və rütubətli yerlərdir və buna uyğun olaraq isti hava və yağışın çox olduğu Afrika və Asiya ölkələri patogen ağcaqanadların çoxalmasına meyllidirlər”.
Erkən aşkarlama vacibdir!
Həkim qeyd edib ki, tibbi baxımdan ən çox narahatlıq doğuran məqam ağır Denge sindromunun inkişaf etməsidir: “Bu zaman damar keçiriciliyinin artması nəticəsində qan plazması damarlardan xaricə sızmağa başlayır, daxili qanaxmalar yarana bilir, arterial təzyiq kəskin şəkildə enir. Vaxtında tibbi müdaxilə göstərilmədiyi halda xəstənin həyatı ciddi təhlükə altına düşür. Xəstəliyin diaqnostikası klinik əlamətlərlə yanaşı laborator müayinələr vasitəsilə aparılır. Virusun müəyyənləşdirilməsi həmçinin qanda trombositlərin və digər göstəricilərin qiymətləndirilməsi xəstəliyin ağırlıq dərəcəsini təyin etmək üçün böyük əhəmiyyət daşıyır. Çünki erkən aşkarlama mümkün ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynayır”.
Virusdan qorunmağın yolları
V.Cavadzadənin sözlərinə görə, hazırda Denge virusuna qarşı spesifik antiviral müalicə mövcud deyil: “Xəstənin vəziyyətinin stabilləşdirilməsi, maye balansının qorunması, hərarətin nəzarətdə saxlanılması və ağırlaşmaların qarşısının alınmasından vacibdir. Özbaşına dərman istifadəsi, xüsusilə, qanaxma riskini artıra bilən bəzi preparatların qəbulu təhlükəli nəticələrə səbəb ola bilər.
Denge qızdırmasından qorunmağın ən effektiv yolu ağcaqanad sancmalarının qarşısını almaqdır. Bu məqsədlə qoruyucu geyimlərdən istifadə olunması, həşərat əleyhinə vasitələrin tətbiqi, durğun su mənbələrinin aradan qaldırılması və riskli bölgələrə səyahət edən şəxslərin xüsusi ehtiyat tədbirlərinə əməl etməsi son dərəcə vacib hesab olunur”.
Azərbaycanda vəziyyət necədir?
Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, hazırda Azərbaycanda Denge qızdırmasına yoluxma halı qeydə alınmayıb.
Qeyd edilib ki, mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyə nəzarət və onun qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür: “Xəstəliyin əlamətləri olan şəxslər aşkar edilərsə, onların laborator müayinələrinin aparılması üçün Mərkəzdə bütün lazımi imkanlar mövcuddur. Eyni zamanda, xəstəliyin keçiriciləri olan ağcaqanadlar üzərində mütəmadi monitorinqlər aparılır. Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qonşu ölkələrdən xəstəliyin ölkəmizə keçmə riski ilə bağlı narahatlığa əsas verən hər hansı faktor yoxdur. Əhaliyə tövsiyə edilir ki, rəsmi məlumatlara istinad etsinlər və yalnız səhiyyə qurumlarının açıqlamalarını nəzərə alsınlar”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50

