Putin Zelenski ilə mümkün görüş barədə danışıb
06.06.2026 [12:45]
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna böhranının nizamlanması yolları əvvəlcədən işlənib hazırlanmadığı halda, hazırda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməyi məqsədəuyğun hesab etmir.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında çıxışı zamanı Prezident Zelenskinin açıq məktubunu şərh edərkən danışıb.
V.Putin qeyd edib ki, o, heç vaxt belə bir görüşün keçirilməsindən imtina etməyib. Lakin onun sözlərinə görə, bu cür görüş konkret nəticə verməlidir. “Mən heç vaxt Zelenski ilə görüşdən imtina etməmişəm, amma görüşüb nəticəsiz söhbətlər aparmağın nə mənası var?”, – deyə Rusiya Prezidenti bildirib.
Onun sözlərinə görə, liderlər səviyyəsində danışıqlar keçirilməzdən əvvəl vəziyyətin nizamlanması ilə bağlı əsas məsələlər üzrə mümkün həll yolları tapılmalıdır. O, həmçinin Kiyevin liderlərin görüşündə maraqlı olmasının səbəbini “Rusiya qoşunlarının irəliləyişini dayandırmaq” istəyi ilə əlaqələndirib.
Rusiya Prezidenti əlavə edib ki, V.Zelenski rusiyalı iş adamlarından biri vasitəsilə ona görüş keçirmək təklifi göndərib. Bununla yanaşı, V.Putin bu kimi məsələlərin ictimai müstəvidə müzakirəyə çıxarılmasını tənqid edərək belə yanaşmanı yanlış adlandırıb.
Rusiya liderinin fikrincə, bu cür üslub qəbuledilməzdir və görüşün keçirilməsini çətinləşdirən şərait yaradır.
V.Putin, eyni zamanda, vurğulayıb ki, Rusiya Ukraynanın “denasifikasiyasına” nail olmağa çalışacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52

