Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi
10.06.2026 [14:53]
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Şəki, Oğuz və Zaqatala bölmələrinin dəstəyi ilə Regional Elmi Mərkəzdə “Tarixin söz körpüsü” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından olan şair və yazıçılar, həmçinin media nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Elmi Mərkəzindən məlumat verilib. Bildirilib ki, əvvəlcə bölgə yazarlarının müxtəlif illərdə nəşr olunmuş kitablarından ibarət sərgi ilə tanışlıq olub. Sərgidə şimal-qərb bölgəsinin rayonlarını təmsil edən müəlliflərin poeziya, nəsr, publisistika və ədəbi-tənqidi əsərləri nümayiş olunub. Konfransı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov açaraq, bölgə ədəbiyyatının milli-mədəni irsin qorunması və inkişafındakı rolundan danışıb. O, belə tədbirlərin ədəbi mühitin canlanmasına və yaradıcılıq əlaqələrinin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Konfransda AYB Şəki bölməsinin sədri şair və tədqiqatçı Vaqif Aslanın “Azərbaycanın bölgə ədəbiyyatı kontekstində Şəki ədəbi mühiti və ədəbi prosesin inkişaf tendensiyaları”, Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərlinin “Bədii yaradıcılığın Qax, Zaqatala və Balakən ədəbi mühitlərində inkişaf dinamikası” və Oğuz bölməsinin sədri Vüsal Oğuzun “İsmayıllı, Qəbələ və Oğuz rayonlarında ədəbi proses: tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib.
Konfrans çərçivəsində, həmçinin Azərbaycan Yazıçılar Birliyinin müxtəlif bölgələri təmsil edən üzvləri çıxış edərək, bölgə ədəbiyyatının aktual problemləri, inkişaf perspektivləri, ədəbi əlaqələrin genişləndirilməsi, yaradıcılıq mühitinin zənginləşdirilməsi və digər məsələlər barədə fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

