Azərbaycan və Türkiyə hər zaman ədalətin yanındadır
16.06.2026 [22:25]
Beş il öncə, 2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri iki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasına şahidlik etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa, azad Şuşaya ilk səfər edən dövlət başçısı kimi diqqətdə oldu. Bu səfər həm tarixi Zəfərimizin reallıqlarını, həm də iki ölkənin qardaşlığının, dostluğunun və müttəfiqliyinin rəsmi şəkildə dünyaya təqdimat etdi. Təbii ki, atılan hər bir mühüm, taixi addımı şərtləndirən amillər mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib.
Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. Bu nöqteyi-nəzərdən yanaşsaq Şuşa Bəyannaməsinin tarixə əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bəyannamədə böyük Öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə baxış fonunda gələcəyi barədə aydın təsəvvür yaradan “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” fikirləri öz əksini tapıb. Şuşa Bəyannaməsinin imzalanmasına gedən yolu şərh edərkən təkcə 44 günlük İkinci Qarabağ müharibəsindən bugünədək iki qardaş ölkənin bir-birlərinə dəstəyinə diqqət yetirmək kifayətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı dünyaya mesaj olmaqla yanaşı, ölkəmizə böyük güc verdi, sabaha daha inamla addımlamağa stimul oldu. Tarixi Zəfərimiz həm Azərbaycan-Türkiyə münasibətlərinə, həm də ümumilikdə Türk dünyasının birliyinə böyük töhfələr verir.
Tarixi Zəfərimizin yaratdığı reallıqlara əsaslanan Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, qardaşlığın yeni tarixi mərhələsi kimi qiymətləndirilir. Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir. Sənəd yeni sərmayə qoyuluşu prosesini də stimullaşdırır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Şuşa Bəyannaməsi imzalanarkən Prezident İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini belə ifadə etmişdir: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında “Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da qeyd etmişdi ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram: “Qardaşım Əliyevin uzaqgörən liderliyi və Müzəffər Ali Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağın yenidən dirçəldilməsi işlərini yaxından izləyirik. Şuşaya gələrkən bu işləri gördük və siz də gördünüz. Fasiləsiz iş görülür, infrastruktur sahəsində intensiv iş aparılır. Bir tərəfdən yollar salınır, bir tərəfdən enerji stansiyaları açılır, bir tərəfdən yüksəkgərginlikli xətlər çəkilir. Bütün bunlarla yanaşı, susuz olan bu bölgə suya qovuşur. Bu işlər hazırda fasiləsiz davam edir…Təbii ki, Qarabağ əvvəlki ehtişamına və öz kimliyinə qovuşacaq. Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik”.
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, ümumilikdə Türk dünyasının birliyi azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş il Qarabağın tacının diplomatik mərkəz kimi dünyanın diqqətində olmasına da şahidlik edib. Bu məkandan dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edən Azərbaycan və Türkiyə hər zaman ədalətin, beynəlxalq hüququn yanındadır.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22

