22 ildən sonra NATO Türkiyədə toplanacaq...
20.06.2026 [10:32]
Alyansın gələcəyi Ankarada müəyyənləşə bilər
22 illik fasilədən sonra Ankara yenidən NATO Zirvəsinə ev sahibliyi edəcək. İyulun 7-8-də Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyədə baş tutacaq ikinci toplantıdır. Belə ki, Türkiyə bu vaxta qədər yalnız 2004-cü ildə İstanbulda bu tədbiri təşkil etmişdi. Budəfəki tədbirdə genişkontingentli nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, Zirvə toplantısında müdafiədən qlobal təhlükəsizliyə qədər bir çox vacib mövzular gündəmdə olacaq. Zirvədə əsas müzakirə mövzuları müdafiə və çəkindirmə planlaması, Ukraynaya uzunmüddətli dəstək, habelə müdafiə xərcləri hədəfləri və yükün bölüşdürülməsi olacaqdır.
Ciddi təhlükəsizlik tədbirləri...
Aylardır Zirvə görüşü ilə bağlı Türkiyədə ciddi hazırlıq prosesləri aparılır. Xüsusilə, bu dövrdə Ankarada təhlükəsizlik tədbirləri üçün intensiv işlər görülür. Rəsmi nümayəndə heyətlərindən və liderlərdən ibarət təxminən 6000 qonağın qatılacağı sammitlə əlaqədar olaraq Ankarada fövqəladə təhlükəsizlik tədbirləri nəzərdə tutulur. Zirvənin keçiriləcəyi Beştəpə və həmin ərazidə yerləşən otellər də daxil olmaqla geniş bir ərazidə ənənəvi tədbirlərlə yanaşı, PUA hücumları və kiberhücumlar ehtimalına qarşı təhlükəsizlik qalxanları yaradılacaq. Ankara və ətraf ərazilərdə çox aşağı, aşağı və orta hündürlüklərdə çoxqatlı şəkildə hava hücumundan müdafiə sistemləri qurulacaq. Həyəcan vəziyyətində olan F-16-ların sayı artırılacaq. Liderlərin istifadə edəcəyi marşrutlar, qalacaqları otellər və görüşlərin və müzakirələrin keçiriləcəyi ərazilər üzrə ətraflı araşdırma aparılır. Təhlükəsizlik və təcili yardım planları üzərində iş görülür. Təhlükəsizlik səbəbləri ilə tədbir iştirakçılarının hərəkəti üçün ayrılmış yollarda nəqliyyatın hərəkəti bağlanacaq. Zirvə görüşü tarixində heç bir sosial tədbirə, aksiyaya, etiraz aksiyasına, nümayişə və ya yürüşə icazə verilməyəcək.
Rəsmi fərmanla Ankaranın Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonlarının sərhədləri daxilində yerləşən bütün dövlət qurumları və təşkilatlarının işçilərinə 6-12 iyul 2026-cı il tarixləri arasında inzibati məzuniyyət verilib.
Şərtlər Türkiyədə müəyyənləcək...
Vurğulandığı kimi, NATO-nun sayca 36-cı Ankara Zirvəsinin əsas gündəmi son dövrlərdə daha da şiddətlənən müharibələrdir. Qeyd edək ki, siyasi şərhçilər bu Zirvə toplantısının həm mühümlüyünü, həm də müzakirə predmetlərini ön plana çəkirlər - vurğulanır ki, ABŞ-ın dəyişən milli təhlükəsizlik prioritetləri və Avropanın təhlükəsizlik arxitekturası axtarışı səbəbindən “soyuq müharibə”nin bitməsindən bəri ən vacib zirvələrdən birinin məhz Ankara görüşü olacağı gözlənilir. 32 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə görüşündə bütün diqqətlər ABŞ prezidenti Donald Trampa yönələcək. Xüsusilə, NATO çərçivəsində baş verən soyuqluq, ABŞ-Avropa münasibətlərindəki gərginliyin və Trampla Avropa liderləri arasındakı müəyyən fikir ayrılıqlarının zirvə görüşündə əks olunub-olunmayacağı maraq doğurur. Bu mənada, Ankara zirvəsi NATO-nun missiyası və vizyonu ilə bağlı müzakirələrin ən radikal mənada müzakirə edildiyi və ittifaq daxilindəki daxili çatların üzə çıxdığı bir vaxtda keçiriləcək mühüm platforma kimi qəbul olunur. Qeyd edək ki, ABŞ NATO-nun transformasiyasını davam etdirir. Prezident Trampın sammitdə şəxsən iştirakı ABŞ-ın alyansla bağlı təklif və tələblərinin ciddiliyini ortaya qoyur. Siyasi analitiklərin fikrincə, Ankara zirvəsi ABŞ-ın NATO-da qalmaq şərtlərini diktə edəcəyi bir toplantı kimi tarixi düşə bilər. Xüsusilə Prezident Trampın müttəfiqlərinə yönəlik ÜDM-in beş faizini müdafiəyə ayırmaq məqsədi rəsmi bir öhdəlik halına gətirilə bilər.
Yol ayrıcı - Ankara son ümid də ola bilər...
Digər bir əsas motiv isə 32 NATO ölkəsinin reallığı qəbul etmək məsələsidir - görüş Türkiyədə ən kritik bir dövrdə baş tutur. Hazırda Qərbi Avropa bir çox suallar qarşısındadır - xüsusilə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqelərdə bir sıra anlaşılmazlıqlar mövcuddur. ABŞ isə NATO-dan çıxmaqla bağlı mütəmadi bəyanatlar səsləndirir. Belə bir zamanda Alyansın yeni lideri sayılan dövlətin, Türkiyənin mövqeyi ortaya çıxır. Başqa sözlə, hazırkı şərtlər altında Ankara transatlantik əlaqələrin tamamilə kəsildiyi yeni çoxqütblü qlobal təhlükəsizlik arxitekturasının başlanğıcını formalaşdıracağı ehtimal edilən bir zirvə görüşü təşkil edir. Siyai analitiklər düşünür ki, Zirvə görüşü həm də Qərb dünyası üçün kritik bir ekzistensial yol ayrıcıdır, burada radikal islahatla tarixi bir fasilə arasında seçim ediləcək və tərəflər kartlarını ortaya qoyacaqlar. Masada kompromis əldə edilməsə, Avropalı müttəfiqlərin NATO-dan kənarda müstəqil müdafiə alternativləri yaratmaq cəhdləri daha da sürətlənəcək. Başqa sözlə, Avropa özünün müstəqil müdafiə sistemini quracaq. Beləliklə, Ankara Zirvəsi təşkilatın gələcəyini xilas etmək və bu kontekstdə NATO-ya yeni bir missiya və vizyon vermək üçün vacib bir prosesdir.
Yeni struktur, yoxsa...
Türkiyə mətbuatı yazır ki, NATO daxilində liderlik məsələsi Avropanın Amerika ilə münasibətlərində xüsusi əhəmiyyət kəsb edir - bu sammitdə həmin məsələ detallı şəkildə daha da aydınlaşacaq. Avropa, xüsusən də Sakit Okean bölgəsində ABŞ-ın prioritet saydığı bölgələrə təsir omkanları baxımından arxa plana keçdiyindən, ABŞ-ın NATO konsepsiyası çərçivəsində yeni bir struktur istədiyi görünür. NATO-nun Yaxın Şərqdəki inkişaf imkanlarının Avropadan fərqli olaraq region ölkələr tərəfindən idarə edilməsi üçün yollar daim araşdırılır. Ümid olunur ki, Ankara Zirvə Görüşündə ABŞ Mərkəzi Komandanlığının məsuliyyəti altında olan bu bölgənin NATO çərçivəsinə qaytarılması ilə bağlı müəyyən müzakirələr aparılacaq - əks halda, NATO Yaxın Şərqə təsir imkanlarını Alyans olaraq itirə bilər.
Tramp gələcək...
Qeyd edək ki, tədbirə ABŞ prezidenti Donald Tramp da qatılacaq. Dövlət başçısı bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib. Xarici işlər naziri Hakan Fidan da verdiyi açıqlamalarda Prezident Ərdoğanın Prezident Trampla son dövrlərdə baş tutumuş bütün görülərində və danışıqlarında bu məsələnin vurğulandığı bildirilib. ABŞ prezidentinin aprel ayında verdiyi bəyanatda ABŞ-ın NATO-dan çıxması perspektivinə toxunmasına baxmayaraq Vaşinqton Ankarada təmsil olunacaq. Digər tərəfdən, Trampın toplantıda iştirak siqnalı ilə Avropa da NATO-nun Ankara sammitinə böyük ümidlə baxır.
Hind-Sakit Okean regionundan olan tərəfdaşlar da tədbirə qatılacaq...
Qeyd edək ki, tədbirə NATO üzvü olmayan bəzi dövlətlərin də qatılması istisna edilmir. Belə ki, XİN başçısı Hakan Fidan NATO Zirvə Toplantısı haqda danışarkən Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi Hind-Sakit Okean regionundan olan tərəfdaşlarına da tədbirə qatılmaları üçün təkliflər irəli sürüldüyünü deyib. Bu ölkələrin iştirakının bir sıra məsələlər üzərindən vacibliyi vurğulanır. Xüsusilə, prioritet gündəm maddələrindən olan dəniz təhlükəsizliyi, kibertəhlükəsizlik, qabaqcıl texnologiyalar və NATO ilə Hind-Sakit okean ölkələri arasında müdafiə sənayesi əməkdaşlığı bu proqrama daxildir. Ev sahibi ölkə Türkiyə, xüsusən də Yaponiya ilə müdafiə sənayesi və yüksək texnologiya sektorlarında tərəfdaşlığı dərinləşdirməyi hədəfləyir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50

