Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
20.06.2026 [11:52]
Azərbaycanın milli maraqlara söykənən xarici siyasət kursu dostluq və əməkdaşlığı əsas hədəf kimi müəyyənləşdirir. Uğurla yürüdülən ikitərəfli münasibətlər isə dinamikliyi, yüksək səviyyəsi və dialoq mühitində inkişaf etməsi ilə seçilir. Azərbaycan çoxqütblü dünyada Qərb və Şərq, Şimal və Cənub xətti üzrə əməkdaşlığa söykənən əlaqələri ilə hörmət qazanıb. Bu əlaqələr bəzi hallarda yaxın dostluğa və qardaşlığa belə transformasiya olunur. Təbii ki, burada da qarşılıqlı hörmət, yardımlaşma kimi bəşəri dəyərlər özünü əks etdirir.
Azərbaycan və Pakistanın XİN başçılarının telefon söhbəti...
Azərbaycan ilə Pakistan arasındakı münasibətlər də yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji tərəfdaşlığa əsaslanır. Təsadüfi deyil ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə mühüm dialoq, əməkdaşlıq qurulub. Dövlət müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan Pakistan İslam Respublikası ən yaxın müttəfiqlərimizdən, Azərbaycana dost, qardaş ölkələrdən sayılır. İkitərəfli siyasi münasibətlərdə yüksək dialoq mövcuddur, hər iki dövlət beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini dəstəkləyir. İqtisadi sferada intensiv şəkildə addımlar atılır, əlaqələrin daha da möhkəmlənməsi, yüksək investisiya mühitindən səmərəli istifadə üçün işlər görülür.
Yeri gəlmişkən, iyunun 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon söhbəti zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb. Pakistan İslam Respublikasının danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu ölkəmiz adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib. Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı əlaqələr güclənir
Əlbəttə, nazirlərin telefon söhbəti göstərir ki, hər iki qardaş ölkə beynəlxalq məsələlərdə də ortaq maraqlardan çıxış edirlər. Qeyd edək ki, iki ölkə arasında əlaqələr son illərdə daha da irəliləyərək yeni mərhələyə daxil olub. Azərbaycan - Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, uğurla da davam etdirilir. Hər iki dövlət münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də cəmiyyətlərin yüksək konselidasiyası diqqəti cəlb edir. Hər zaman bildirildiyi kimi, Pakistan və Azərbaycan çiyin-çiyinə dayanan ölkələr sayılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2024-cü ildə Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində mətbuata açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif məmnunluğunu belə ifadə etmişdi: “Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”.
Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləyir
Xatırladaq ki, Pakistan Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmayan ölkədir. Rəsmi İslamabad bütün beynəlxalq tədbirlərdə, qlobal səviyyədə Azərbaycanın mövqeyini hər zaman açıq şəkildə müdafiə edib - vaxtilə Qarabağın işğal edilməsi faktını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Pakistan İslam Respublikası artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli nəticələnməsinin vacibliyini önə çəkib. Rəsmi İslamabad Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib.
İkinci Qarabağ müharibəsi zamanı isə bu dəstək ən yüksək səviyyədə özünü ifadə edib. Pakistan dövləti və xalqı Azərbaycanın bu haqq işinə hərtərfəli mənəvi dayaq olduğunu bütün dünyaya nümayiş etdirdi. Baş nazir Məhəmməd Şahbaz Şərif isə bildirmişdi ki, “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.
Öz növbəsində, Azərbaycanın da Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir. Dövlətimizin mövqeyi həmişə ardıcıl olub. Biz bu məsələdə Pakistanın yanında olduğumuzu bəyan edirik. Vurğulanmalıdır ki, Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

