Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 32 saziş - yeni sərmayə gündəliyi

32 saziş - yeni sərmayə gündəliyi

20.06.2026 [12:59]

İslam İnkişaf Bankı Qrupunun toplantısında ümumi dəyəri 4,7 milyard dollardan çox maliyyə sənədləri təsdiqlənib

Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişafı, xarici investorlar və bank institutları ilə səmərəli əməkdaşlığı, regional layihələrin icrası və digər mühüm mesajlar verdi. Bəyan edildiyi kimi İslam Bankının bu toplantısının Azərbaycanda keçirilməsi tərəflər arasında güclü əlaqələrin olmasını təsdiqləyir. Ölkəmizin ikinci dəfə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə əks etdirir.

Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında 30 ildən artıqdır ki, yaxın tərəfdaşlıq münasibətləri ölkəmizə maliyyə resurslarının cəlbi və bir çox sektorlar üzrə ölkə iqtisadiyyatını şaxələndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

30 ildə 84 layihə üzrə 1,8 milyard dollar sərmayə

Azərbaycan 1992-ci ildə İslam İnkişaf Bankına üzv olmaqla, möhkəm əməkdaşlıq üçün zəmin yaradıb. 1995-ci ildən sonra fəal müstəviyə keçən tərəfdaşlıq uğurla inkişaf edərək Bank Qrupunun infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələrinə sərmayədar statusunu artırıb. Azərbaycanın Bank Qrupunun aparıcı institutları olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasına üzv olması əməkdaşlığın miqyasını daha da böyüdüb. 2016-cı ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında imzalanmış Anlaşma Memorandumu regional nəqliyyat infrastrukturlarının modernləşdirilməsində mühüm rol oynayıb. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələrin maliyyə təchizatçısı olub.

Ümumilikdə, İslam Bankı Qrupu indiyə qədər 84 layihə üzrə təxminən 1,8 milyard dollar həcmində maliyyələşdirməni təmin edərək böyük investorlar ailəsində yer alıb. Bankın yönəltdiyi sərmayələr Azərbaycan iqtisadiyatının şaxələndirilməsi və mühüm infrastrukturların yaradılması və inkişafında müsbət dəyişikliklərə səbəb olub.

Toplantının “Davamlı rifah naminə regional inteqrasiya” mövzusunun müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq daşıdığını nəzərə alsaq, davamlı rifahın təmin olunması üçün nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsi, eləcə də hökumətlər, inkişaf institutları, özəl sektor və digər tərəfdaşlar arasında sıx əməkdaşlıq vacibdir. Bu, sıx dialoq konkret istiqamətlərə çevrilərək ideyaların investisiyaya, vədlərdən real fəaliyyətə keçidi təmin edən canlı platformaya çevrilir. İnklüziv iqtisadi artım yalnız siyasətlə deyil, sahibkarlıqla, yalnız dövlət səyləri ilə deyil, özəl təşəbbüslərlə, yalnız maliyyələşmə ilə deyil, etimad və tərəfdaşlıqlarla təmin olunur. Bu baxımdan Azərbaycan islam ölkələri və digər tərfdaşlarla Bank  Qrupu arasında maliyyələşdirmə potensialını təmin edərək real inkişafa töhfə verir.

Mərkəzi Asiya və digər regionlarla yeni infrastruktur bağlantıları qurulur

Avrasiya ölkələrini birləşdirən, xüsusən də enerji təchizat zəncirlərinin etibarlı olmadığı, o cümlədən enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinə çevrilən əsas amillərdən biri hesab edildiyi bir vaxtda onlara lazımi enerjini təchiz edən irimiqyaslı enerji infrastrukturu layihələrini irəli sürən, maliyyələşdirən və icra edən qlobal sahənin mühüm iştirakçısına çevrilib. Bu gün ölkəmiz boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Təbii qazı 16 ölkəyə nəql edən dövlətimizlə əməkdaşlıq edənlərin sayı ilbəil artır və artmaqda davam edəcək.

Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri sayı artmaqda olan ölkələr üçün çox önəmli təchizat marşrutlarını təmin edir. Ölkəmiz Cənubi Qafqazın lideri kimi Mərkəzi Asiya və digər regionlarla iqtisadi bağlantılarını möhkəmləndirərək tranzit marşrutları, enerji şəbəkələri, rəqəmsal infrastruktur və daha sıx inteqrasiyalar qurur. Həmçinin, beynəlxalq ticarət və investisiyalar üçün də mərkəzə çevrilməyi hədəfləyən ölkəmiz böyük infrastruktur layihələrinə yatırılan investisiyaları artırmağı planlaşdırır. Bu baxımdan, regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir. Bank Qrupu Azərbaycanın regional və qlobal inkişaf hədəflərinə maliyyə dəstəyi verməyi müasir maliyyə siyasətində diqqətdə saxlamağı düşünür.

Ölkəmizin investisiya cəlbediciliyi və beynəlxalq reytinqi yüksəlib

Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Qlobal iqtisadiyyata inteqrasiya şəraitində aparıcı beynəlxalq şirkətlərə və xarici maliyyə qurumlarına, investorlara ölkəmizdə azad fəaliyyət üçün geniş və əlverişli imkanlar yaradılıb. Nəticədə son 20 ildə iqtisadiyyatımıza 350 milyard dollardan çox sərmayə qoyulub ki, onun əhəmiyyətli hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmin cəmi sərmayələlərin 50 faizindən çoxu xarici sərmayələrin payına düşür. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

Dövlət başçısı onu da vurğulayıb ki, hazırda Azərbaycanın maliyyə vəziyyəti çox müsbətdir. Aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilib, kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb. Son 2 ildə nüfuzlu beynəlxalq iqtisadi institutlar reytinq hesabatlarında ölkəmizin maliyyə vəziyyətinə dair yeni rəy verib. “Moody’s” və “Fitch” ölkəmizin reytinq investisiya səviyyəsini yeniləyərək proqnozu sabitdən müsbətə doğru yeniləyib. Belə ki, “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.

Ortaq rifah naminə hədəflərə uyğun maliyyələşmə

İslam Bankı yeni çağırışlar dövründə regional inteqrasiya və ortaq rifah naminə hədəflərə uyğun olaraq, fəaliyyətini artırmaq niyyətindədir. Ələlxüsus da, qlobal mühitdə artan inflyasiya, münaqişələr və təchizat zəncirlərindəki pozuntular şəraitində qlobal iqtisadiyyatın maliyyə sıxıntılarını təmin etmək üçün dayanıqlı sərmayələrin axını zəruri hesab edilir.Bu baxımdan İslam Bankının üzv ölkələrdə iqtisadi artımın təmin edilməsi üçün maliyyə dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Bank Qrupu fəaliyyətini daha da gücləndirəərk 2025-ci ildə maliyyələşdirmə təsdiqlərini 16 milyard dollara çatdırıb. Hazırda isə ümumi təsdiqlənmiş maliyyələşdirmə həcmi 209 milyard dollara yüksəlib. Maliyyə portfelində Azərbaycana yönələcək vəsaitlərin artırlması da nəzərdə tutulur.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin bəyan etdiyi kimi sabitlik, dayanıqlılıq və yenilənmə yolunda yeni mərhələyə qədəm qoymuş Azərbaycan regional inteqrasiyaların tarixi dönüş nöqtəsidir. Əsrlər boyu Qədim İpək Yolunda mühüm coğrafi mərkəz kimi tanınan ölkəmiz  bu gün Orta Dəhlizdə əlaqələndirici rol oynayır, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirib.

Azad ərazilərdə quruculuğa dəstək

İslam Bankı azad edilmiş ərazilərdə də fəal sərmayə institutu kimi təmsil olunmaq niyyətindədir. Cənab Əl-Casirin vurğuladığı kimi Bankın nümayəndə heyəti Qarabağa səfər edən ilk çoxtərəfli İnkişaf Bankı olmaqla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyini təsdiqləyib.

Toplantıda “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Çərçivə (Kredit) sazişi, “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Qrant Sazişi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu” imzalanıb ki, bu, İslam Bankının Azərbaycanda yeni sərmayə yatırımları hesab olunur.

Ümumilikdə, toplantı çərçivəsində ümumi dəyəri 4,7 milyard dollardan çox 32-dən çox sənəd, o cümlədən anlaşma memorandumları imzalanıb ki, bu da İslam Bankı Qrupunun böyükhəcmli sərmayə təchizatına imza atması deməkdir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 3 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30