Media: ABŞ İranın hücumları fonunda hərbi bazalarını Körfəz ölkələrindən İsrailə köçürə bilər
09.07.2026 [22:45]
İranın Körfəz ölkələrinə hücumları fonunda ABŞ-nin hərbi bazalarının İsrail ərazisinə köçürülməsi gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla məlumat yayan İsrailin “Hayom” nəşrinin bildirdiyinə görə, Yaxın Şərqdəki Amerika bazalarının İsrailin cənubundakı Nəcəf səhrasına köçürülməsi ehtimalı hökumətin iclasında müzakirə edilib.
Siyasi rəsmilər ABŞ bazalarının İsrailə köçürülməsi ehtimalını müsbət qiymətləndirirlər və bu məsələ artıq yüksəkvəzifəli Amerika rəsmiləri ilə müzakirə olunub.
Lakin hələ yekun qərar verilməyib və tərəflər arasında müzakirələr davam edir.
ABŞ-nin Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə bazaları var və bunların hamısı İranın raket hədəfi mənzilində yerləşir. Məlumata görə, İsrail Amerika üçün bir neçə açıq üstünlük - Yaxın Şərqdəki əsas əməliyyat sahələrinə coğrafi yaxınlıq, sıx təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı, inkişaf etmiş texnoloji infrastruktur, Amerikapərəst əhali və hava hücumundan müdafiə sistemi təklif edir. Bu potensial üstünlüklərə əlavə olaraq, İsraildə daimi və geniş Amerika bazasının olması, xüsusən də ABŞ ilə birbaşa qarşıdurma halında, ölkəni İran və bölgədəki digər aktyorlar üçün daha da əhəmiyyətli bir hədəfə çevirə bilər.
Müzakirələr zamanı ortaya çıxa biləcək digər məsələ belə bir addımın İsrailin hərəkət azadlığına nə dərəcədə təsir göstərə biləcəyidir. Bununla belə, Amerika qüvvələrinin və infrastrukturunun İsrail torpağında yerləşdirilməsi Vaşinqtonun İsrailə qarşı təhlükəsizlik öhdəliyini gücləndirə bilər.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 21:50
Dünya
11 Avqust 21:30
Dünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52

