Siyasi iradəyə söykənən tərəfdaşlıq yeni perspektivlər açır
17.07.2026 [12:21]
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın uğuru ilk növbədə qarşılıqlı etimada, siyasi iradəyə və ortaq maraqlara əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq tərəfdaşlıq əlaqələrinin davamlı şəkildə genişlənməsini təmin edir. Bu siyasətin mühüm istiqamətlərindən biri də Avropa dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsidir. Slovakiya Respublikası ilə son illərdə yüksələn xətt üzrə inkişaf edən əlaqələr bunun əyani təzahürüdür.
Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Dövlət başçılarının bəyanatlarında səsləndirilən fikirlərdən aydın olur ki, iki ölkə arasında formalaşmış siyasi dialoq yalnız diplomatik münasibətlərlə məhdudlaşmır, eyni zamanda iqtisadi, energetika, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə də konkret əməkdaşlıq layihələri ilə möhkəmlənir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya arasında siyasi təmasların müntəzəm xarakter alması, ali səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi və nümayəndə heyətlərinin geniş tərkibdə apardıqları müzakirələr münasibətlərin strateji mahiyyət daşıdığını göstərir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə isə bu əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirərək yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Bu sənəd təkcə iki dövlət arasında siyasi iradənin ifadəsi deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən mühüm yol xəritəsidir.
Şuşada keçirilən görüşün məhz işğaldan azad edilmiş ərazilərdə baş tutması xüsusi siyasi və rəmzi məna daşıyır. Bu gün Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın bərpa, quruculuq və dayanıqlı inkişaf siyasətinin əsas ünvanlarından biridir. Xarici dövlət başçılarının bu bölgəyə səfərləri Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Slovakiyanın Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi "Ağıllı kənd" layihəsi də dost ölkənin Qarabağın dirçəldilməsinə verdiyi praktiki töhfənin göstəricisidir. Bu layihə yalnız müasir texnologiyaların tətbiqini deyil, həm də beynəlxalq əməkdaşlığın real nəticələrini əks etdirir.
İkitərəfli münasibətlərdə enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Slovakiya ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi və yeni iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkənin maraqlarına cavab verir. Bununla yanaşı, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal texnologiyalar və sənaye sahəsində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.
Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri də münasibətlərin səmimiyyət və qarşılıqlı etimada əsaslanması idi. Bu amil Azərbaycan–Slovakiya əlaqələrinin gələcək inkişafı üçün mühüm zəmin yaradır. İki ölkə arasında formalaşmış dostluq münasibətləri, yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə, iqtisadi əlaqələrin daha da genişlənməsinə və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin möhkəmlənməsinə xidmət edəcək.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı nüfuz, həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət və etibarlı tərəfdaş imici yeni əməkdaşlıq imkanları yaradır. Slovakiya ilə münasibətlərin bugünkü inkişaf səviyyəsi də bir daha sübut edir ki, siyasi iradəyə, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan tərəfdaşlıq həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də regional və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Elnur Qəhramanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

