Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir
20.07.2026 [11:00]
Xaləddin Tağıyev
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimada, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət nəticəsində ölkəmiz dünyanın müxtəlif dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığını davamlı şəkildə genişləndirir. Bu baxımdan Slovakiya ilə münasibətlərin inkişafı Azərbaycan diplomatiyasının mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi çıxış edir və regional əməkdaşlıq təşəbbüslərinin müəllifidir. Slovakiya ilə münasibətlərin inkişafı da məhz bu uğurlu siyasətin mühüm nəticələrindən biridir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi gündəliyin əsas istiqamətlərindən biridir. Qarşılıqlı investisiyaların artırılması, sənaye əməkdaşlığı, yüksək texnologiyalar, kənd təsərrüfatı və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hər iki tərəf bu potensialdan səmərəli istifadə etmək əzmindədir. Son illərdə keçirilən biznes forumları və iqtisadi görüşlər də bunun əyani sübutudur. Energetika sahəsində əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində xüsusi yer tutur. Azərbaycanın zəngin enerji resursları və Avropaya uzanan müasir enerji infrastrukturu Slovakiya üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji strategiyası nəticəsində Azərbaycan etibarlı enerji tərəfdaşı kimi Avropada böyük etimad qazanmışdır. Bu, Slovakiya ilə əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində 2025-ci il iyulun 14-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Dövlət başçısının bəyanatında səsləndirilən fikirlər Azərbaycan-Slovakiya əlaqələrinin qarşılıqlı hörmətə, etibara və strateji maraqlara söykəndiyini, həmçinin 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin artıq real nəticələr verdiyini göstərir.
Azərbaycanın regional və qlobal səviyyədə artan rolu, eləcə də beynəlxalq arenada həyata keçirdiyi fəal əməkdaşlıq siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və müxtəlif dövlətlərlə münasibətlərin yüksək səviyyədə qurulmasına geniş imkanlar yaradıb. Müstəqil dövlətimizin milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində ölkəmizin müstəqilliyinin təməli daha da möhkəmlənib. Suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Slovakiya ilə də münasibətlərin dərinləşdirilməsi və yeni strateji səviyyəyə yüksəldilməsi istiqamətində mühüm qərarlar qəbul edib, sənədlər imzalayıb. Bu isə dövlətlərarası əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verib. İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan dinamik inkişafının növbəti təzahürüdür. Səfər çərçivəsində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair aktual məsələlər müzakirə olunub, dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirilib, mətbuata birgə bəyanatlar verilib.
Məlum olduğu kimi, Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və yol tikintisi ilə yanaşı, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edir.
Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik enerjisi, ətraf mühitin mühafizəsi və tikintisahələrində əməkdaşlığın genişləndirilməsində xüsusi maraq göstərir. Əməkdaşlığın diqqət çəkən istiqamətlərindən biri də Slovakiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələrdir. Bu gün Azərbaycanın əsas prioritetlərində biri azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması və keçmiş məcburiköçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsidir. Dost vətərəfdaş ölkələr də bu prosesə öz töhfələrini verirlər. Prezident cənab İlham Əliyev bu barədə bildirib: “ Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti “Ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə görə və Qarabağın bərpasına verdiyi töfhəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.”
Əminliklə demək olar ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri bütün sahələr üzrə əməkdaşlığın daha da inkişafına mühüm təkan verəcək və yeni imkanlar açacaq. Şuşada keçirilən yüksək səviyyəli görüş və səsləndirilən bəyanatlar isə bir daha təsdiqləyir ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan uzunmüddətli strateji modelə çevrilməkdədir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22

