Medianın inkişaf yolu: milli düşüncədən qlobal informasiya məkanına
21.07.2026 [11:16]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının maarifçilik tarixinin, milli özünüdərk prosesinin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamış mətbuatımızın şərəfli keçmişinə ehtiramın ifadəsidir. Bu əlamətdar gün yalnız ilk milli qəzetimiz olan “Əkinçi”nin nəşrə başladığı tarixi deyil, həm də xalqımızın azad söz, maarifçilik və milli kimlik uğrunda mübarizəsini təcəssüm etdirir.
Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. Bu fikir milli mətbuatın cəmiyyət həyatındakı rolunu tam dolğunluğu ilə ifadə edir. Çünki Azərbaycan mətbuatı yarandığı ilk gündən xalqın maariflənməsinə, milli şüurun formalaşmasına, azərbaycançılıq ideologiyasının inkişafına və dövlətçilik dəyərlərinin qorunmasına xidmət edib.
1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin çap olunmasına baxmayaraq, “Əkinçi” xalqın maariflənməsində, elmə və təhsilə marağın artırılmasında, milli özünüdərkin möhkəmlənməsində əvəzsiz rol oynadı. Qəzet cəhalətə, fanatizmə və geriliyə qarşı mübarizə aparır, xalqı elmə, tərəqqiyə və müasir düşüncəyə çağırırdı. “Əkinçi”nin ideyaları yaşayaraq sonrakı dövrdə yaranan onlarla qəzet və jurnal üçün məktəb rolunu oynadı.
“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” kimi mətbuat orqanları milli fikir tariximizin inkişafında mühüm mərhələ yaratdı. Bu nəşrlər Azərbaycan ədəbi dilinin formalaşmasına, milli ideologiyanın yayılmasına, istiqlal düşüncəsinin güclənməsinə və yeni ziyalı nəslinin yetişməsinə böyük töhfələr verdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra - 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar medianın inkişafı üçün möhkəm hüquqi və siyasi zəmin yaratmışdır. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisələrdən biri olmuşdur. Bu qərar söz və mətbuat azadlığının təmin edilməsində dönüş nöqtəsi hesab edilir. Senzuranın aradan qaldırılması nəticəsində ölkədə müxtəlif qəzet və jurnalların fəaliyyəti genişləndi, informasiya mühitində plüralizm və rəqabət formalaşmışdır. Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti jurnalistlər tərəfindən yüksək dəyərləndirilmiş, Ümummilli Lider “Jurnalistlərin dostu” adına layiq görülmüşdür.
Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan mediası həm institusional, həm hüquqi, həm də iqtisadi baxımdan mühüm inkişaf yolu keçmişdir. Dövlət başçısının təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”, 2021-ci ildə Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” Qanunun qəbul olunması bu sahədə həyata keçirilən islahatların əsas istiqamətlərini müəyyənləşdirmişdir. Bu islahatlar medianın peşəkarlığının artırılmasına, iqtisadi dayanıqlığının möhkəmləndirilməsinə, informasiya təhlükəsizliyinin təmin edilməsinə və rəqəmsal transformasiyaya uyğun fəaliyyət göstərməsinə geniş imkanlar yaratmışdır. Eyni zamanda, media subyektlərinə tətbiq edilən vergi güzəştləri, jurnalistlərin güzəştli ipoteka imkanlarından yararlanması, müxtəlif sosial layihələrin həyata keçirilməsi dövlətin media sahəsinə sistemli dəstəyinin göstəricisidir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi XXI əsrdə media artıq yalnız xəbərin ötürücüsü deyil, həm də milli təhlükəsizliyin mühüm elementinə çevrilmişdir.
Azərbaycan mediası Vətən müharibəsi və postmüharibə dövründə xüsusi məsuliyyət nümayiş etdirib. Jurnalistlər cəbhə bölgəsindən operativ məlumatlar çatdıraraq informasiya cəbhəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıblar. 44 günlük Vətən müharibəsində media nümayəndələrinin peşəkarlığı, operativliyi və vətənpərvərliyi informasiya müharibəsində Azərbaycanın üstünlüyünü təmin edən əsas amillərdən biri olub. Bu gün də Azərbaycan mediası işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış Proqramını, regionda formalaşan yeni reallıqları və ölkəmizin beynəlxalq təşəbbüslərini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırır.
Sosial şəbəkələrin, rəqəmsal platformaların və süni intellekt texnologiyalarının geniş yayılması informasiya müharibəsinin miqyasını daha da artırmışdır. Belə şəraitdə dezinformasiyaya qarşı mübarizə, media savadlılığının artırılması, peşəkar jurnalistikanın inkişafı və milli informasiya resurslarının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan Milli Məclis tərəfindən qəbul olunan Media və Yayım Şurasının yaradılması ilə bağlı qanunvericilik dəyişiklikləri də media idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır. Yeni yanaşma çap, onlayn və audiovizual medianın vahid platformada daha səmərəli fəaliyyət göstərməsinə xidmət edəcək.
Son illərdə Şuşada keçirilən Qlobal Media forumları Azərbaycanın beynəlxalq media əməkdaşlığının mühüm platformasına çevrilib. 2026-cı il 13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumunda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ətrafında aparılan müzakirələr informasiya təhlükəsizliyi, süni intellekt, media etikası, dezinformasiyaya qarşı mübarizə və qlobal media əməkdaşlığının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Forum Azərbaycanın beynəlxalq media dialoqunun təşəbbüskarı kimi nüfuzunu daha da möhkəmləndirib və ölkəmizin qlobal informasiya məkanındakı mövqeyini gücləndirib.
Müasir dövr Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirir. Süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsallaşmanın sürətlənməsi, sosial media platformalarının təsirinin artması və informasiya təhlükəsizliyi məsələləri jurnalistikadan daha yüksək peşəkarlıq tələb edir. Azərbaycan mediası gələcəkdə də milli maraqların qorunmasına, obyektiv informasiyanın çatdırılmasına, vətəndaş cəmiyyətinin inkişafına, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə və milli həmrəyliyin güclənməsinə xidmət etməlidir. Peşəkarlıq, qərəzsizlik, operativlik, etik davranış və yüksək vətənpərvərlik prinsipləri milli jurnalistikanın əsas meyarları olaraq qalmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Bu gün Azərbaycan mediası məhz bu prinsiplər əsasında inkişaf edərək dövlətimizin tərəqqisinin, milli maraqların müdafiəsinin və ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinin fəal iştirakçısına çevrilib.
151 illik tarixi inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı zəngin ənənələrini qorumaqla yanaşı, müasir dünyanın çağırışlarına uyğun yenilənir. Bu yol Həsən bəy Zərdabinin böyük maarifçilik ideyalarından başlayaraq rəqəmsal jurnalistika, süni intellekt və qlobal informasiya məkanına qədər uzanan şərəfli inkişaf tarixidir. Milli mətbuat bundan sonra da həqiqətin, dövlətçilik maraqlarının və milli dəyərlərin etibarlı müdafiəçisi olaraq Azərbaycanın davamlı inkişafına layiqli töhfələr verməyə davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17

