Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

10.08.2026 [15:07]

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında Ordubad şəhərində yerləşən "Ərbabın iş yeri" adlanan tarixi bina əvvəlki görkəminə qaytarılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda binanın dam örtüyü tam yenilənib, elektrik xətləri çəkilib və əsas təmir-bərpa mərhələsinə başlanılıb. İşlərin növbəti ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Layihəyə əsasən, bina tam şəkildə ilkin vəziyyətinə qaytarılacaq, mövcud ornamentlər bərpa olunacaq. Binada “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşlarının xidməti fəaliyyəti üçün iş otağı yaradılacaq. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində ictimaiyyət üçün açıq kafe fəaliyyət göstərəcək. İkinci mərtəbədə inzibati otaqlar və geniş konfrans zalı yaradılacaq.

Paylaş:
Baxılıb: 326 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30