Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / PSJ Yaponiya millisinin qapıçısı ilə anlaşıb

PSJ Yaponiya millisinin qapıçısı ilə anlaşıb

11.08.2026 [21:50]

Fransanın PSJ klubu İtaliyanın “Parma” komandasında çıxış edən Yaponiya millisinin qapıçısı Zion Suzuki ilə anlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Onun szörlərinə görə, Paris təmsilçisi 23 yaşlı qolkiperin transferi üçün qarşı tərəflə 35 milyon avro qarşılığında razılıq əldə edib.

PSJ futbolçunun daha çox oyun praktikası qazanmağı üçün onu icarəyə verməyi nəzərdən keçirir. Bu baxımdan əsas namizədlərdən biri İtaliyanın “Yuventus” klubudur.

Zion Suzuki ötən mövsüm “Parma”nın heyətində A Seriyasında 20 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 28 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.

Yaponiyalı qolkiper bu il ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatında isə 4 oyunda meydana çıxıb.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30