Zəngəzur dəhlizi: yeni iqtisadi nizamın əsas yolu
13.08.2026 [09:20]
Bakı qlobal maraqları Cənubi Qafqazda uzlaşdırır
İlham Əliyev: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub
2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya iqtisadi geostrateji məkanı üçün yeni inkişaf mərhələsi yaratdı. Formalaşdırılan təhlükəsizlik arxitekturası gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitini - Zəngəzur dəhlizini daha da ön plana çıxardı. Qeyd edək ki, dünyanın aparıcı güc mərkəzləri belə bu gün Azərbaycanın dəhliz təşəbbüsünü dəstəkləyir, Şərq-Qərb tranziti üzrə daşınmada Bakının son 6 ildə yürütdüyü siyasətin əhəmiyyətini xüsusi vurğulayırlar.
“Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub”
Məsələnin mahiyyətinə keçməmişdən öncə qeyd edək ki, Azərbaycan son 6 ildə mühüm bir geostrateji məkanda “açar dövlət”ə çevrilməyi bacarıb. Özünün çoxvektorlu siyasətinə sadiq qalaraq bütün dünya ölkələri ilə bərabərtərəfli əməkdaşlıq münasibətləri yaradan rəsmi Bakı Zəngəzur dəhlizi təşəbbüsü ilə qlobal iqtisadiyyata yeni vizyon qazandırıb. İrəli sürülən təklifin aparıcı mahiyyəti Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqənin qurulması dayanırdı. Bu, rəsmi Bakının əsas hədəfi idi. Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub: “Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq”.
“Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi”
Amma Bakının bu təşəbbüsünün reallaşması asan olmadı - daha doğrusu, Ermənistanın destruktiv yanaşması, qeyri-adekvat mövqe tutması məsələnin reallaşmasını gecikdirdi. Kommunikasiya xəttinin açılışı məsələsi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 9-cu bəndində açıq şəkildə yer almışdı. Ermənistan isə imzaladığı kapitulyasiyaya əməl etməkdən boyun qaçırırdı. Eləcə də, bəyanıtan üçüncü tərəfi olan Rusiya da məsələnin reallaşmasında maraqlı görünmürdü - bu və ya digər şəkildə nə Ermənistana bununla bağlı hansısa iradlar bildirilmirdi, nə də imza ilə təsdiqlənən müddəanın yerinə yetirilməsi tələb olunmurdu. Uzun illər Qarabağ məsələsində qorunmağa çalışılan “status-kvo” bu məsələdə də özünü göstərirdi. Prezident İlham Əliyev müsahibəsində deyib ki, o vaxt - noyabrın 9-da Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi: “Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhliz mütləq öz əksini tapmalıdır. Ermənistan tərəfi buna razılıq vermək istəmirdi. Ancaq onun o qədər də böyük alternativləri də yox idi. Müharibə davam etdirilsəydi, əlbəttə, biz də itkilər verəcəkdik, amma Ermənistan daha çox itki verəcəkdi. Çünki onların qoşunları demək olar ki, mühasirədə idi və onları məhv etmək faktiki olaraq tam mümkün idi. Ona görə bunu istəməsələr belə Ermənistan buna razılıq verdi və o bəyanat hamıya bəllidir, orada xüsusi bir bənd var.
Ancaq İkinci Qarabağ müharibəsindən keçən 5 il ərzində Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki addım atılmamışdır. Dəfələrlə biz bu məsələni həm Rusiyaya, həm Ermənistana çatdırırdıq ki, vaxt gedir, bu bəyanat, onun vacib hissəsi icra edilmir və bu, dözülməz haldır. Müxtəlif vaxtlarda müxtəlif cavablar alırdıq, bu barədə çox danışmaq istəmirəm. Fakt odur ki, Ermənistan bunu hər cür uzatmağa çalışırdı. Rusiya tərəfi isə ya bunu təmin edə bilmirdi, ya da ki, hansısa başqa səbəblər var idi. Yəni fakt o idi ki, keçən ilin avqust ayına qədər məsələ dondurulmuş vəziyyətdə idi”.
TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir
Amma prosesin həm mahiyyəti, həm də istiqaməti dəyişdi. Ötən ilin yazında sülh sazişi layihəsinin razılaşdırılmasının ardından danışıqlar prosesi fərqli müstəviyə qədəm qoydu. Xüsusilə, ABŞ-ın prosesə yaxınlaşması vəziyyəti dəyişdi - artıq, Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etdi - o cümlədən də, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldi. Sülhyaratma prosesinin zirvə nöqtəsi sayılan ötən ilin avqustunda baş tutan Vaşinqton sammitində isə məsələ siyasi təsdiqini tapdı. Belə ki, Prezident İlham Əliyev, Prezident Donald Tramp və baş nazir Nikol Paşinyanın imzaladığı Birgə Bəyannamənin 4-cü bəndində Zəngəzur dəhlizinin real konturları qeyd olundu. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında bu məsələyə yaxınlaşmağa başlayanda, - təqribən keçən ilin yaz aylarından, yazın əvvəlində başlanmış təmaslar nəticəsində artıq bu prosesə start verilmişdir, - təbii ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə öz töhfələrini verməyə çalışırdılar, buna hazır olduqlarını bildirirdilər. Təbii ki, bizim bir neçə önəmli şərtimiz var idi, o cümlədən Zəngəzur dəhlizi: “Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Bu yaxınlarda, üç gün bundan qabaq - avqustun 8-də Prezident Trampla söhbət əsnasında bu məsələyə də toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Yəni bu, məsələnin tarixçəsidir”.
Biz bu layihəni hər an sürətləndirə bilərik...
Beləliklə, artıq Zəngəzur dəhlizi reallaşma mərhələsinə qədəm qoyub. Dəhliz ətrafında infrastrukturun yenilənməsi istiqamətində də işlər görülür. Azərbaycan dövləti hələ İkinci Qarabağ müharibəsindən sonra bu prosesə start verib. Həm dəmir yolu, həm də avtomobil yolunun bərpası istiqamətində mühüm işlər görülüb. Dövlət başçısı qeyd edib ki, Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Dəmir yolunun tikintisi də sürətlə gedir: “Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün. Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər”.
Naxçıvanda beynəlxalq konsorsium... Nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə...
Birmənalı şəkildə, Zəngəzur dəhlizi artıq yalnız regional nəqliyyat layihəsi deyil, Avropa ilə Asiya arasında yeni bağlantı imkanları yaradan strateji marşrut kimi Avropa İttifaqının da diqqət mərkəzindədir. Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yeni marşrutların yaradılması Aİ üçün həm Orta Dəhlizin inkişafı, həm də Avropanın Mərkəzi Asiyaya çıxışının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada Zəngəzur dəhlizi Avropanın regiona olan iqtisadi və logistika maraqlarını daha da artırır.
Azərbaycanın mövqeyi isə aydındır: Bakı bu layihənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin tərəfdarıdır. Aİ-nin Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun reabilitasiyasında iştirakı, maliyyə və texniki dəstək göstərməsi real əməkdaşlıq imkanlarından biridir. Hətta layihənin icrası üçün müxtəlif tərəflərin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılması da mümkün perspektiv kimi nəzərdən keçirilə bilər. Belə yanaşma Zəngəzur dəhlizini yalnız Azərbaycan-Ermənistan münasibətlərinin deyil, daha geniş Avrasiya nəqliyyat sisteminin mühüm elementinə çevirə bilər. Prezident İlham Əliyev qeyd edib ki, bir çox beynəlxalq qurum, bəzi ölkələr bu yola maraq göstərir, xüsusilə Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə. Onlardan biri Avropa İttifaqıdır. Avropa İttifaqının nümayəndələri Naxçıvana ezam edilmişdir. Burada yerlərdə vəziyyətlə tanış olmuşlar və onlar da bu dəhlizin iştirakçıları olmaq istəyirlər: “Biz prinsip etibarilə buna etiraz etmirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycanın əsas hissəsində yerləşən ərazilərdə Azərbaycan Dəmir Yolları artıq bütün işləri yekunlaşdırır və burada hər hansı bir xarici iştiraka ehtiyac yoxdur. O ki qaldı Naxçıvan dəmir yolunun reabilitasiyasına, burada prinsip etibarilə beynəlxalq konsorsium yaradıla bilər. Təbii ki, nəzarət paketi Azərbaycan dövlətinə məxsus olmaq şərti ilə beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq. Olmasa da, biz özümüz bu yolu çəkəcəyik. Bizim indi hansısa maliyyə problemlərimiz yoxdur. Olsaydı belə, bu önəmli layihəyə hər zaman biz vəsait tapardıq. Amma biz hesab edirik ki, bu yolu beynəlxalq aktorlar və potensial yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə Naxçıvan dəmir yolu layihəsi məhz dediyim kimi, bir neçə şirkətdən ibarət konsorsium tərəfindən inşa edilə bilər. Bu məsələ ilə bağlı bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub. Hələ ki, bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq, konseptual nöqteyi-nəzərindən bu mümkündür. Ancaq onu da mən bu gün nəqliyyat nazirinə və Dəmir Yolu İdarəsinin rəisinə dedim, biz əlbəttə ki, buna açığıq, amma vaxt itirmək istəmirik. Çünki cənab Prezident Trampla son söhbət zamanı aydın oldu ki, Ermənistan ərazisində dəmir yolunun tikintisi bu il başlanmalıdır, orada cəmi 42 kilometr yoldur”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50

