Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

18.08.2026 [22:44]

Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayı çərçivəsində Türk dünyasının arxeoloqları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, görüşlərdə müxtəlif ölkələrdə aparılan arxeoloji tədqiqatların nəticələrinin vahid rəqəmsal bazada toplanması təşəbbüsü irəli sürülüb. Layihənin məqsədi türk xalqlarının qədim tarixi və mədəni irsi ilə bağlı məlumatların sistemləşdirilməsi, elmi məlumat mübadiləsinin asanlaşdırılması və yeni tədqiqat imkanlarının yaradılmasıdır.

Mütəxəssislər bildiriblər ki, ortaq elektron platforma arxeoloji abidələr, qədim yaşayış məskənləri, dəfn kompleksləri və tapıntılar barədə məlumatların daha geniş elmi ictimaiyyət üçün əlçatan olmasına imkan verə bilər.

Təşəbbüs Macarıstanla yanaşı, Azərbaycan və digər türk dövlətlərinin alimləri arasında əlaqələrin gücləndirilməsinə də xidmət edəcək. Qurultay çərçivəsində tarix, arxeologiya və mədəni irslə bağlı təqdimatlar da keçirilib.

Paylaş:
Baxılıb: 315 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30