Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

Bu il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının dəyəri açıqlanıb

09.09.2026 [20:59]

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 44 milyard 620,3 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə qeyri-neft-qaz sənayesində 14 milyard 605,9 milyon manat məhsul istehsal olunub. Bu da keçən ilin analoji dövrünə nisbətən 5,4 faiz çoxdur.

Səkkiz ayda kənd təsərrüfatı üzrə məhsul istehsalı ötən illə müqayisədə 2,6 faiz artaraq 10 milyard 57,4 milyon manat olub. Nəqliyyat və anbar təsərrüfatı xidmətləri üzrə məhsul istehsalı 8,7 faiz artaraq 10 milyard 931,9 milyon manat, informasiya və rabitə xidmətləri üzrə məhsul istehsalı 10,7 faiz artaraq 2 milyard 748,1 milyon manat olub.

Həmin dövrdə pərakəndə ticarət dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 44 milyard 256,1 milyon manat, əsas kapitala investisiyalar 10 faiz artaraq 12 milyard 677,8 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə əsas kapitala investisiyalar isə 1,4 faiz artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.

Paylaş:
Baxılıb: 230 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30