Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

Rusiya-Ukrayna müharibəsindən sonra yaranan enerji böhranı Almaniyaya 50,4 milyard avroya başa gəlib

14.09.2026 [09:40]

Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından sonra yaranan enerji böhranı Almaniya büdcəsinə azı 50,4 milyard avroya başa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” və “Süddeutsche Zeitung” qəzetləri Maliyyə Nazirliyinin Yaşıllar Partiyasının Bundestaqdakı sorğusuna cavabına istinadla məlumat yayıb.

Bu məbləğ istehlakçıların yükünün azaldılması və enerji bazarlarının sabitləşdirilməsi üçün görülən tədbirləri əhatə edir. Ən böyük xərc 16,3 milyard avro ilə elektrik enerjisi qiymətlərinin məhdudlaşdırılmasının, 14,3 milyard avro ilə qaz qiymətlərinin tənzimlənməsinin payına düşüb. 2022-ci ilin dekabrında tətbiq edilən təcili qaz yardımı 8,5 milyard avroya başa gəlib. Pensiyaçılara verilən 300 avroluq enerji kompensasiyası üçün isə 6 milyard avrodan çox vəsait ayrılıb.

Bununla belə, “Süddeutsche Zeitung” qəzetinin hesablamasında 2022-ci ildə qaz üzrə əlavə dəyər vergisinin 19 faizdən 7 faizə endirilməsi kimi bəzi xərclərin nəzərə alınmadığı bildirilir. Yaşıllar Partiyası isə “Uniper” şirkətinin dövlət tərəfindən xilas edilməsini və digər tədbirləri də əlavə etdikdə ümumi məbləği 71,7 milyard avro hesablayıb.

Paylaş:
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30