Türk dünyasının təhlükəsizliyi və həmrəyliyi
21.09.2026 [15:43]
Tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. Azərbaycan üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərə malikdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. “Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir” söyləyən cənab İlham Əliyevin təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflər Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının gücləndirilməsində mühüm rol oynayıb.
Sentyabrın 17-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etməsi mühüm əhəmiyyət daşıyır. Görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikasının Baş nazirinin müşaviri Mehmet Ağan iştirak ediblər.
Prezident İlham Əliyev görüşdə qeyd edib ki, Bakıda keçirilən Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı TDT çərçivəsində fəal qarşılıqlı əlaqələrin göstəricisidir. Dövlət başçısının sözlərinə görə, təşkilat çərçivəsində müzakirə olunan məsələlər artıq yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, beynəlxalq gündəlik, təhlükəsizlik, enerji, nəqliyyat, ticarət və humanitar əməkdaşlıq kimi geniş istiqamətləri əhatə edir. Müasir dövrdə təhlükəsizlik anlayışının mahiyyəti də əhəmiyyətli dərəcədə genişlənib. Ənənəvi təhlükələrlə yanaşı, kibertəhdidlər, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi məsələlər dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Azərbaycan Prezidentinin toplantının iştirakçılarına müraciətində məhz bu məsələlər xüsusi qeyd olunub.
Azərbaycanın TDT daxilində fəaliyyəti yalnız təşkilati əməkdaşlıqla məhdudlaşmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan TDT-yə üzv dövlətlərlə ikitərəfli formatda da fəal əməkdaşlıq edir.
Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalanması bu əlaqələrin yüksək siyasi səviyyəyə çatdığını göstərir. Azərbaycan, həmçinin Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və qarşılıqlı investisiyaların təşviqi istiqamətində əməkdaşlığı davam etdirir.
Bu münasibətlər təkcə dövlət başçıları səviyyəsində deyil, müxtəlif dövlət qurumları, parlamentlər, biznes dairələri, elm və təhsil müəssisələri, gənclər təşkilatları və mədəniyyət qurumları arasında da inkişaf edir.
17 sentyabr görüşünün diqqət çəkən məqamlarından biri də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması məsələsinin gündəmə gətirilməsi olub. Prezident İlham Əliyev TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsinin, müxtəlif forum və konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib. Bu yanaşma Türk dünyasının inteqrasiyasının yalnız dövlətlərarası münasibətlər səviyyəsində deyil, xalqlar və cəmiyyətlər arasında da möhkəmləndirilməsinin vacibliyini göstərir. Eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi TDT-nin inkişafında yeni mərhələnin formalaşdığını göstərir. Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi görüşləri ümumi risklərin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi və mümkün təhdidlərin qarşısının alınması üçün institusional platforma yaradır. Azərbaycan Prezidentinin müraciətində terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin xüsusi qeyd edilməsi də bunu təsdiqləyir.
Bu gün Azərbaycan–TDT əlaqələri ortaq tarixi və mədəni dəyərlərlə yanaşı, qarşılıqlı iqtisadi maraqlar, nəqliyyat və enerji layihələri, təhlükəsizlik əməkdaşlığı və siyasi dialoq kimi çoxsaylı istiqamətləri əhatə edir. Görüşdə səsləndirilən fikirlər isə Türk dünyasında təhlükəsizlik və sabitliyin qorunmasının, dövlətlərarası koordinasiyanın gücləndirilməsinin və ortaq çağırışlara birlikdə cavab verilməsinin qarşıdakı dövr üçün mühüm əməkdaşlıq istiqamətlərindən biri olaraq qalacağını göstərir.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28

