Ərdoğandan mühüm çağırışlar...
26.09.2026 [10:22]
Azərbaycan və Türkiyə yeni körpülər yaratmaqla dünyada nümunə kimi çıxış edirlər
Hazırda dünyada davam edən mürəkkəb proseslər fonunda bəzi ölkələr beynəlxalq müstəvidə sülhün, sabitliyin və ədalətin bərpası üçün səy göstərir. Belə ölkələrdən biri də Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının payız sessiyası çərçivəsində Nyu-Yorkda onu müşayiət edən jurnalistlərlə söhbətində deyib ki, Türkiyə və onun xalqı bütün dövrlərdə tarixin doğru tərəfində dayanaraq qətiyyətlə ədalətsizliyə qarşı çıxıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət addım-addım rəsmi Ankaranın əvvəldən tutduğu mövqeyə yaxınlaşır.
“Dünyaya yeni “körpülər” lazımdır, “divarlar” yox”
Prezident Ərdoğan qlobal münasibətlər sistemində baş verən dəyişikliklərə diqqət çəkib: “Bu gün biz 190-dan çox ölkənin maraqlarının BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ ilə məhdudlaşdırıldığı BMT sistemindən danışırıq. Belə ədalətsiz struktur qlobal sabitliyi və bəyan edilmiş prinsipləri qorumaq iqtidarında deyil. Əsas məsələ odur ki, dünyanın müxtəlif regionları qlobal proseslərdə layiqli yer tuta bilsinlər”. O, veto mexanizminin ləğvinin vacibliyini vurğulayıb: “Yalnız beş dövlətin maraqlarını qoruyan model öz yerini bütün ölkələrin gözləntilərinə cavab verən mexanizmlərə verməlidir. Dünyaya yeni “körpülər” lazımdır, “divarlar” yox”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sessiyada çıxışı zamanı da BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruri olduğunu bəyan edib. O, Təhlükəsizlik Şurasının beş daimi üzvün qərarlarından asılı olmasını tənqid edib: “Beş ölkənin iradəsindən asılı olan bir strukturun nə ədalətli olduğunu, nə də tam mənada etimad yarada biləcəyini qəbul etməliyik. Təhlükəsizlik Şurasında “dünya beşdən böyükdür” prinsipi əsasında mütləq islahatlar aparılmalıdır”. Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn güclü və zəif dövlətlərə fərqli şəkildə tətbiq edildiyi mövcud yanaşmanın dəyişdirilməli olduğunu bildirib: “Əməllərin cəzasız qaldığı, üstəlik cəzasızlığın adiləşdiyi beynəlxalq sistem çürüməyə məhkumdur”.
Yeni dialoq imkanları açmaq lazımdır
İran ətrafında gərginliyə toxunan Türkiyə lideri bildirib ki, Hörmüz boğazındakı vəziyyət yalnız Tehranı və ya Vaşinqtonu maraqlandırmır: “Biz Hörmüz boğazının gəmiçilik üçün bağlanmasının əleyhinəyik. Bu regionda istənilən gərginlik Avropaya, Asiyaya, enerji bazarlarına və milyonlarla insanın gündəlik həyatına təsir göstərir. Problemlər danışıqlar və diplomatiya yolu ilə həll edilməlidir. Yeni dialoq kanalları üçün yol açmaq lazımdır”.
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında gedən müharibə fonunda Qara dəniz akvatoriyasında təhlükəsizliklə bağlı vəziyyəti də xüsusi əhəmiyyət daşıyan məsələ adlandırıb. “Qara dəniz müharibənin növbəti cəbhəsinə çevrilməməlidir. Müharibə aparan ölkələrlə təmaslarımız zamanı Kiyevə və Moskvaya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin bərpa edilməsinin zəruriliyini çatdırırıq. Bu, iki mühüm nəticəyə gətirib çıxaracaq: ərzaq təhlükəsizliyinin təmin olunmasına və müharibənin əhatə dairəsinin genişlənməsinin qarşısının alınmasına. Təhlükənin haradan qaynaqlanmasından asılı olmayaraq, gəmilərə hücum edilməsinin qəti əleyhinəyik. Tərəflərdən bu məsələyə məsuliyyətli yanaşmalarını gözləyirik”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb. Bununla yanaşı, o, Ankaranın taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması istiqamətində göstərdiyi səylərdən danışıb: “Bu məsələ ilə bağlı diplomatik addımlarımızı intensivləşdirmişik. Mən şəxsən bu təşəbbüsü yenidən Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etdim. Onun reaksiyası müsbət oldu”.
Hazırkı şəraitdə Prezident Ərdoğanın “Dünyaya yeni “körpülər” lazımdır, “divarlar” yox” sözləri beynəlxalq müstəvidə real mənzərəni əks etdirir. Çünki müəyyən beynəlxalq güclər digər ölkələr arasında təsirlərini gücləndirmək üçün müxtəlif təzyiq metodlarından istifadə edir. Bura münaqişələr də daxil olmaqla, münasibətlərin dayandırılması, müxtəlif sankisyaların tətbiqi və s. daxildir. Belə bir şəraitdə iki qardaş ölkə olan Azərbaycanla Türkiyə həqiqətən də “dünya üçün yeni körpülər” qurur.
İki qardaş ölkənin təşəbbüsləri...
Nəzərə alaq ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yeni reallıqlar yaradıb. Dövlətimizin məqsədi regionun sülh və əməkdaşlıq məkanına çevrilməsidir. İki qardaş ölkənin təşəbbüs göstərdiyi “3+3” formatı da bu məqsədə xidmət edir. Yaxın illərdə gerçəkləşəcək Zəngəzur dəhlizi də Avropa və Asiya qitələri arasında körpü rolunu oynayacaq.
Məlumdur ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, daha sonra Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Hazırda ölkələrimiz yeni layihələr üzərində işləyir. Bu çərçivədə, Orta Dəhlizin inkişafı, tranzit imkanlarının artırılması və qarşılıqlı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı məsələlər böyük önəm kəsb edir. Azərbaycanın əsas hissəsindən onun Naxçıvan Muxtar Respublikasına, daha sonra Türkiyəyə və regionun digər istiqamətlərinə bağlantıların inkişaf etdirilməsi üzrə işlər regionda uzunmüddətli sülh, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Bütövlükdə, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, eləcə də Yaxın Şərqdə mövcud gərginlik, xüsusilə İran ətrafında yaranmış vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün birgə diplomatik fəaliyyət həyata keçirir. Bu baxımdan, Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə simvolik deyil, institusional səviyyədə də davamlı və çoxqatlı xarakter daşıyır. Energetika, logistika və təhlükəsizlik məsələlərinin paralel müzakirə olunması iki ölkənin regional layihələrdə əlaqələndirilmiş mövqe nümayiş etdirməyə davam etdiyinə işarədir. Bu cür davamlı yüksək səviyyəli təmaslar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təkcə bəyanat xarakterli deyil, praktiki əməkdaşlıq mexanizmləri ilə də dəstəkləndiyinin göstəricisidir. Bütün bunların fonunda Prezident Ərdoğanın çağırışları sülh və əməkdaşlıq naminə digər ölkələri də həmrəyliyə təşviq edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

