Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

04.10.2026 [08:45]

Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında yoxlama oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Nqolo Kante (60) və Çağrı Balta (75) vurub.

Matçı Rəvan Həmzəzadə idarə edib.

Qarşılaşmadan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

“Turan Tovuz” və “Fənərbağça” klubları daha əvvəl də qarşılaşıblar. Komandalar 1994-cü ildə UEFA Kubokunda üz-üzə gəliblər: avqustun 9-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda, avqustun 23-də isə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda.

Beləliklə, tərəflər 32 ildən sonra bu dəfə yoldaşlıq oyunu çərçivəsində yenidən yaşıl meydanda münasibətlərə aydınlıq gətiriblər.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31