Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Vüsalə Fətəliyeva: İlk Avropa Oyunları qitədə çoxsaylı idman növü üzrə keçiriləcək ən böyük yarış olacaq

Vüsalə Fətəliyeva: İlk Avropa Oyunları qitədə çoxsaylı idman növü üzrə keçiriləcək ən böyük yarış olacaq

21.05.2015 [09:42]

“İlk Avropa Oyunları qitədə çoxsaylı idman növü üzrə keçiriləcək ən böyük yarış olacaq”. Bunu qəzetimizə fəal gənc Vüsalə Fətəliyeva deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan iqtisadiyyatına yüksək mənfəət gətirəcək: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həqiqətən də tarixi bir hadisədir. Bu Oyunlar Azərbaycanın nə qədər sülhsevər və humanist ölkə olduğunu bir daha sübut edəcək. Əslində, bu imic Azərbaycan haqqında çoxdan formalaşıb. Ölkəmiz günü-gündən inkişaf edir, güclənir və hər sahədə yeniliyə can atır. İqtisadiyyat, sənaye və başqa bir çox sahələrdə fəxr olunası uğurlarımız var. Bu uğurlar içərisində idmançılarımızın əldə etdiyi uğurları da qeyd etmək yerinə düşər. Belə nailiyyətləri olan ölkə düşünürəm ki, dünyanın hər yerində tanınmalıdır. Bu yöndə isə biz gənclərin üzərinə daha böyük məsuliyyət düşür. Hər birimiz bu məsuliyyəti dərk edərək bu istiqamətdə əlimizdən gələni etməyə çalışmalıyıq və ölkəmizin bütün dünyada tanınması və təbliğatı baxımından mühüm işlər görməliyik”.

Paylaş:
Baxılıb: 1516 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31