Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olunub
02.05.2024 [14:52]
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də müxtəlif ölkələrin dini liderlərinin Şuşa görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün sonunda dini liderlərin Şuşa Bəyannaməsi qəbul olunub. Bəyannamədə deyilir:
“2024-cü ilin 1-3 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayədarlığı ilə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda, müxtəlif ölkələrin dini liderlərinin “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyası (Bakı görüşü) və Şuşa görüşü keçirilmişdir.
Dini liderlərin Bakı və Şuşa görüşlərinin iştirakçıları – dünya və ənənəvi dinlərin liderləri, ictimaiyyət, elm xadimləri, beynəlxalq və dini təşkilatların nümayəndələri:
- Azərbaycan Respublikasının beynəlxalq müstəvidə sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafı, milli-mədəni və mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rolunu qeyd edərək,
- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirakını və dərin məzmunlu çıxışını yüksək dəyərləndirərək;
- Azərbaycan Hökuməti tərəfindən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Görüşünə göstərilən diqqət və dəstəyi yüksək qiymətləndirərək,
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi”, “Dünya dini liderlərinin I və II Bakı sammitləri, habelə digər ölkələrdə keçirilən mühüm forumlar – “Dünya və ənənəvi dinlərin liderlərinin Astana qurultayları”, “Bəhreyn Dialoq Forumu”, “G20”, “İqlim dəyişikliyi üzrə COP”, “Səudiyyə Media Forumu” və s. bu kimi platformalarda dinlərarası dialoq məsələlərinə həsr olunmuş və qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə verən tədbirlərin əhəmiyyətini vurğulayaraq,
- Zati-Müqəddəsləri Roma Papası Fransisk və Əl-Əzhərin Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətləri tərəfindən 4 fevral 2019-cu il tarixində Abu-Dabidə imzalanmış “İnsani Qardaşlıq və Dünyada Sülh” Birgə Sənədinin sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinə, sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğunu vurğulayaraq,
- beynəlxalq səviyyədə terrorizmin geniş miqyasda yayılması, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün və zorakılığın artması faktları ilə bağlı dərin narahatlıq ifadə edərək,
- davamlı tərəqqiyə, sabitlik və təhlükəsizliyə maneə olan aqressiv təbliğatlara, müxtəlif dinlərin ardıcılları arasında qarşılıqlı inamı pozan əməllərə, nifrət çağırışlarına və dinlərarası ixtilafların qızışdırılması hallarına qarşı beynəlxalq birlik tərəfindən birgə səylərin gücləndirilməsinin zəruriliyini bildirərək;
-insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının sistemli və kütləvi şəkildə pozulması hallarını pisləyərək, xüsusilə qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyini vurğulayaraq;
-terrorçu və ekstremist qruplaşmaların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinə qarşı birgə və yekdil mövqedən çıxış edilməsinin zəruriliyini vurğulayaraq;
-dünya xalqlarının dini və mədəni müxtəlifliyinin bəşər sivilizasiyasının ən böyük irsi kimi qorunmasının vacibliyini təsdiq edərək;
-silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə müşayiət olunmasından, o cümlədən Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı dövründə Azərbaycanın mədəni və mənəvi irsinə aid olan abidələrin dağıdılmasından, məqsədyönlü şəkildə həyata keçirilən yandırılmış və minalanmış torpaq, ekosid və urbisid siyasətinin ağır nəticələrindən dərin narahatlıq ifadə edərək;
-Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini, xüsusilə də, mədəni və dini abidələrin bərpası və yenilərinin inşası proseslərini təqdirəlayiq hesab edərək,
-Cənubi Qafqaz regionunda sülhə, barışığa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və birgəyaşayışa xidmət edən siyasi prosesləri dəstəkləyərək,
- bəzi dövlət, beynəlxalq və dini təşkilatların bu bölgədə sabitliyə xidmət etməyən bəyanatları, xüsusilə də erməni kilsəsi tərəfindən təbliğ olunan işğalçılıq, aqressiv separatizm və revanşizm ideyalarını zərərli tendensiya kimi qiymətləndirərək,
-dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqedən çıxış etməsi üçün bu kimi dinlərarası tədbirlərin mütəmadi keçirilməsi və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davamlı əsaslarda “Dini Liderlərin Görüşü”nün təşkil olunması niyyətlərini ifadə edərək,
-2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək İqlim dəyişikliyi üzrə COP29 Sammitinə, habelə bu mühüm platforma çərçivəsində beynəlxalq “Dini pavilyonu”na və “Dini Liderlərin Zirvə Görüşü”nə ev sahibliyi edəcək Azərbaycan Respublikasına uğur diləyərək,
Dövlətləri, beynəlxalq, regional, dini, ictimai təşkilatları və dini liderləri
- dünyanın müxtəlif regionlarında hazırda baş verən müharibələrin və hərbi münaqişələrin tezliklə dayandırılması, günahsız insanların və mülki əhalinin qanının tökülməsinin qarşısını almağa yönəlmiş təxirəsalınmaz səyləri dəstəkləməyə;
- dialoq və ümumbəşəri humanizm ideyalarının təbliği yolu ilə dünya və ənənəvi dinlərin liderlərinin sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin təşviqi sahəsində dövlət və ictimai qurumlarla, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığına dəstək verməyə;
-terrorizmin və insanlıq əleyhinə cinayətlərin din adı ilə əlaqələndirilməsi, ayrıseçkiliyə əsaslanan rasizmin, irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların qarşısının alınması üçün təsirli tədbirlər görməyə;
-dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləməyə, demokratiya və söz azadlığı pərdəsi altında bu kimi əməllərə bəraət qazandırmağa yol verməməyə;
-gənclərin ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizədə daha fəal iştirakı məqsədilə bərabər vətəndaşlıq mövzusunda maarifləndirilməsini və bu proseslərdə kütləvi informasiya vasitələrinin rolunu təşviq etməyə;
-dini, mədəni və etnik müxtəlifliyin himayə olunması və buna hörmətlə yanaşılmasını dəstəkləməyə;
-silahlı münaqişə, təqib və zorakılıq səbəbindən qaçqınların, məcburi köçkünlərin və miqrantların kütləvi axını nəticəsində dünyada humanitar böhranın fəlakət həddinə çatması ilə bağlı öz dərin narahatlıqlarını ifadə etməyə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran faktorların aradan qaldırılmasına səy göstərməyə;
-media və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasına;
-dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olması, habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış problemlərin həllində dinlərin potensialından daha səmərəli şəkildə faydalanmağa;
-İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə riayət olunaraq, insan hüquqularının, qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırırlar.
Şuşa şəhəri, 2 may 2024-cü il”.
Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak edirlər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10

