Aşağı uçot dərəcəsi, bahalı kredit faizləri...
02.05.2024 [10:50]
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 2024-cü il mayın 2-dən etibarən 0,25 faiz bəndi azaldılaraq 7,5 faizdən 7,25 faizə endirilib. Faiz dəhlizinin aşağı həddi 6,25 faiz saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,5 faizdən 8,25 faizə salınıb. Bu, MB-nın faiz parametrləri ilə bağlı son 6 ayda 4-cü qərarı olmaqla üzü aşağıya istiqamətlənən təşviqedici uçot siyasətidir. Belə ki, ötən ilin noyabrdan başlayaraq Mərkəzi Bank 9 faizdən 8,5 faizə endirən Mərkəzi Bank hər 2 aydan bir orta göstərici ilə faizləri 0,5 faiz aşağı salıb və beləliklə may ayında bu rəqəm 7,25 faizə düşüb. MB bu qərarı ölkədəki faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflərinə və inflyasiya gözləntilərinin stabilləşməsinə, eləcə də risk balansında baş verən dəyişikliklərə uyğun olaraq qəbul etdiyini bəyan edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin martında 12 aylıq inflyasiya 0,4 faiz, 12 aylıq baza inflyasiya isə 1 faiz təşkil edib. İllik ərzaq deflyasiyası 1,1 faiz, qeyri-ərzaq inflyasiyası 1,1 faiz, xidmətlər inflyasiyası isə 2,2 faiz olub. Bu makroiqtisadi vəziyyət MB-nı aşağı inflyasiya mühiti çərçivəsində hazırkı pozitiv qərarı verməkdə tam əmin edib. Belə ki, 2024-cü ilin son 2 ayında, inflyasiyanın aşağıya doğru dəyişməsi nəzərə alınmaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılmasını şərtləndirib və bu ssenariyə arxalanaraq MB monetar yumşaldılmalara yönəlik addım atıb.
Mövcud qərarın qəbul edilməsində xarici amillərin təsirləri də nəzərə alınıb. Daha doğrusu, xarici inflyasiya faktoru da ölçülüb-biçilib, ötən dövrdə qlobal bazarlarda qiymətlər sabit qalıb və bir sıra mal qruplarında ucuzlaşmalar baş verib. Belə ki, istehlak qiymətləri indeksinin düşməsində daxili amillərlə yanaşı, xarici faktorun təsirləri də xüsusi rol oynayıb. Xüsusilə də inflyasiyanın strukturunda 60-70 faiz yer alan xarici amil daha ümidverici olub. Cari ilin ilk 3 ayında dünya üzrə əmtəə qiymətləri indeksi aşağı düşməkdə davam edib. Xüsusilə də fevral ayında mal və xidmətlərin dəyəri 7,3 faiz, o cümlədən enerji qiymətləri üzrə 7,5 faiz ucuzlaşıb və nəticədə idxal inflyasiyası təzyiqləri də azalıb.
Sözsüz ki, uçot dərəcəsinin endirilməsi makroiqtisadi stabilliyin qorunması ilə bağlı amillərlə də sıx bağlıdır və mövcud güclü sabitlik əmsalı bu siyasəti davam etdirməyə imkan verir. Belə ki, hazırda ölkənin maliyyə sabitliyində mühüm yer tutan tədiyyə balansı göstəriciləri kifayət qədər ümidvericidir, ilin ötən 3 ayında profisitli tədiyyə balansı qeydə alınması da bunu təsdiq edir. İlk rübdə tədiyyə balansının əsas komponenti olan ticarət balansında 2,3 milyard dollar məbləğində profisit formalaşıb və müsbət saldonun ilin sonuna qədər davam edəcəyi şübhəsizdir. Proqnozlara əsasən 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir ki, bu da tədiyyə balansının dayanıqlılığını möhkəmləndirəcək. Eyni zamanda, gözləntilər ölk?də valyuta bazarındakı sabitliyin təmin edilməsini də əsaslandırır.
Uçot dərəcəsinin aşağı salınması bank kreditlərinin ucuzlaşması üçün hansı rol oynaya bilər?
Mərkəzi Bankın uçot dərəcəsini davamlı şəkildə azaltmağa yönəlmiş siyasət yürütməsi bankları da yerindən tərpətməli, onlar da kreditləri ucuzlaşdırmağa stimul verən siyasət tədbirləri həyata keçirməlidir. Mövcud uçot stavkası aşağı faizli kredit verməyə tam imkan yaradır.
Hazırda Azərbaycan banklarının kredit portfeli hədsiz dərəcədə böyükdür və kredit vermək üçün qayğıları yoxdur. Resursların həcmi istehlaka və iqtisadi sahələrə yetərincə kredit verməyə geniş imkan yaradır. Eləcə də bank sektorunun xalis mənfəəti son bir ildə əhəmiyyətli dərəcədə böyüyüb, təkcə yanvar-mart aylarında mənfəəti 300 milyon manatdan çox artaraq 1 milyard 370 milyon manata çatıb. Bu həcmdə mənfəət bankların kredit resurslarını təmin etməkdə nəhayətsiz portfelə malik olmasını təsdiqləyir. Eləcə də bankların depozit portfeli xeyli böyüyüb, ilk rübdə 345 milyon manata yaxın əlavə depozit cəlb edilib ki, bu da bankların kredit vermək üçün böyük resurslara malik olduğunu göstərir. Ona görə də bankların kredit siyasətini yumşaltması tam mümkündür.
MB-nın bəyanatından da göründüyü kimi faiz dəhlizinin bu parametrləri müəyyənləşdirilərkən bankların pul bazarındakı faizlərə təsir potensialı da nəzərə alınıb. Bu o deməkdir ki, MB bank sektorunda faizləri aşağı salmağa istiqamətlənən təşviqedici siyasət yürüdərək faktiki olaraq bankları iqtisadiyyat və əhali üçün daha sərfəli kreditlər verməyə dəvət edir.
Uçot dərəcəsi yenidən aşağı salına bilərmi?
Uçot dərəcəsi ilə bağlı növbəti qərarlar yenə də xarici və daxili amillərə uyğun olaraq müəyyənləşəcək. Uçot dərəcəsi təbii ki, xarici bazarlar, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Xarici faktorlarda əsas rol oynayan mal və əmtəələrin, xüsusilə də qlobal ərzaq bahalaşması gözlənilmir. Doğrudur, geosiyasi amillər risk olaraq qalır, ancaq enerji daşıyıcılarının ucuzlaşması tendensiyası, sənaye və xammalların qiymətində sabitlik beynəlxalq qiymət bazarlarını təhdid etmir.
Bu baxımdan pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaqdır. Mövcud ssenarilər və qarşıdakı dövrə uyğun inflyasiya proqnozları və daxili bazar amilləri onu deməyə əsas verir ki, qarşıdakı aylarda istehlak qiymət indeksi sabit qalacaq. Hətta mövsümi amillərə əsasən, bir sıra malların, ələlxüsus da yerli kənd təsərrüfatı məhsullarının qiymətlərinin ucuzlaşması istisna deyil ki, bu da inflyasiyanın bir qədər də aşağı düşəcəyinə zəmin yaradır. MB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı iyun ayının sonlarında açıqlamağı planlaşdırır ki, qarşıdakı 2 aya yaxın vaxtda əlverişli şərait fonunda uçot dərəcəsinin yenidən aşağı salınacağı mümkün olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

