Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bakı 2015 / Avropa Oyunlarının məşəli Göyçaya gətirilib

Avropa Oyunlarının məşəli Göyçaya gətirilib

22.05.2015 [09:33]

Mayın 21-də Göyçayda on minlərlə rayon sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəl estafetinin iştirakçılarını qarşılayıb.
AZƏRTAC xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli idmançı Ramil Əliyev qəbul edib. Sonra yürüşə start verilib. İdmançılar məşəli bir-birinə ötürərək Mehdi Hüseynzadə, Nizami küçələri və Heydər Əliyev prospekti ilə hərəkət etməklə, Heydər Əliyev Mərkəzinin qarşısına gəliblər.
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası, Əməkdar Məşqçi Namət Şirinov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra taekvondo üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fidan Babayeva birinci Avropa Oyunlarının çırağını yandırıb. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucov da estafet iştirakçılarını qarşılayanlar arasında idi. O, AZƏRTAC-ın müxbirinə deyib: “İlk Avropa Oyunları ölkəmizin növbəti uğurudur. Bu gün dünyada bir çox ölkələrin iqtisadi böhrandan ziyan çəkdiyi vaxtda Azərbaycanda bu mötəbər yarışın keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki böyük nüfuzundan xəbər verir. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük nailiyyətlər qazanırlar. Bu nailiyyətlərdə xüsusi payı olan Göyçay idmançıları son bir ildə yerli və beynəlxalq yarışlarda 100-dən çox qızıl, gümüş və bürünc medal qazanıblar. Eyni zamanda, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq oyadıb”.
Rayonun fəal gənci Əziz Əzimov isə təəssüratlarını bölüşərək bildirib: “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin Göyçayda qarşılanması bizləri qürurlandırır. Oyunların məşəlinin ölkəmizin bir neçə şəhər və rayonundan keçərək Göyçaya gətirilməsi rayonumuzun tarixinə yazılacaq əlamətdar hadisədir. İnanıram ki, idmançılarımız bu mötəbər yarışlarda da uğur qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaqlar”.

Paylaş:
Baxılıb: 1486 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31