COP29-un Yaşıl Zonası ziyarətçilərin böyük marağına səbəb olub
11.11.2024 [15:13]
COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start veriləndən 2 saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.
COP29 Əməliyyat Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 11-dən etibarən qapılarını ziyarətçilər üçün açan COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlər üçün mərkəz rolunu oynayır, həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.
Noyabrın 9-da “iTicket.az” platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub. Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaşlı uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.
Qeyd edək ki, Yaşıl Zona biletlərini “iTicket” platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29-un rəsmi veb-saytının müvafiq bölməsindən əldə etmək, aidiyyəti sualları isə ticketing@cop29.az elektron poçt ünvanına yönləndirmək olar.
Konfrans iştirakçıları tədbir məkanına rahat çatmaq üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. İştirakçılar rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfrans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29-un rəsmi veb-saytının nəqliyyat bölməsində yerləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

