/ / COP29: İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olunub
COP29: İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olunub
18.11.2024 [23:34]
COP29 çərçivəsində noyabrın 18-də “Yaşıl işlər və bacarıqlar” mövzusunda yüksəksəviyyəli üçtərəfli dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi/Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sessiyada iqlim dəyişmələrinə davamlı iş yerlərinin yaradılması üçün kadr ehtiyatını necə təmin etmək, əsas problemləri və innovativ həlləri vurğulamaqla hazırkı işçiləri necə yenidən hazırlamaq barədə müzakirələr aparılıb. Sessiyada iqlim dəyişikliklərinə uyğunlaşma prosesində yaşıl iqtisadiyyatın inkişafı üçün peşə bacarıqlarının artırılması, əmək bazarının çevikliyi əsas mövzular olub.
Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, insan kapitalı məsələsinə diqqət yetirmək çox önəmlidir: “Bazar iqtisadiyyatı, təcrübəli mütəxəssislər və sair iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə çox önəmlidir. Qadınları, fiziki qüsurlu insanları və digər iş tapmaqda çətinlik çəkən insanları əmək bazarına cəlb etmək lazımdır. Biz 100-dən çox təşkilatla əməkdaşlıq edirik. Yaşıl enerji ilə bağlı yeni işlər yaranır və bu işlərə tələbat çoxalır. Beləliklə, təhsilli kadrlar yetişdirmək çox önəmlidir”.
Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze çıxışında diqqətə çatdırıb ki, ən önəmli prioritetlərdən biri də dövlət tərəfindən maliyyələşən yeni əmək təlimlərinin həssas bölgələrdə təşkili və daha sonra həmin şəxsləri yeni iş yerləri ilə təmin etməkdir. O bildirib ki, ən əsas hədəf regionlarda, tətil bölgələrində iş yerlərinin yaradılmasıdır. Yaşıl iş yerləri yalnız yeni iş vakansiyaları yaratmaq deyil, ətraf mühitə daha məsuliyyətli yanaşmaqdır.
Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamentində Parlament Dövlət katibinin müavini (təbiət naziri) Mary Creagh çıxışı zamanı yoxsulluq məsələsi barədə danışıb: “Bizim hədəflərimizdən biri yoxsulluğun qarşısını almaqdan ibarətdir. Bu forumda bir araya gələrək biz də ətraf mühit məsələlərinə öz töhfəmizi veririk. 6,3 milyon iş yerinin iqtisadi transformasiya nəticəsində itiriləcəyini gözləyirik. Buna görə “Skills England” adlı yeni əmək təlimlərini təşkil edən təşkilat yaratmışıq”.
Tərəfdaş qurumlar iqlimə davamlı iş yerlərinin yaradılması və mövcud işçilərin yenidən hazırlanması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları, həmçinin innovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələri müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

