Qanunsuz aksiyaların təşkilinə görə nəzərdə tutulan cərimələr artırılır
24.10.2012 [01:02]
Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitənin sədri Əli Hüseynli gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Belə ki, iclasda “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər barədə qanun layihələri müzakirəyə çıxarılıb. Dəyişikliklər barədə layihələrin müəllifi, millət vəkili Rəfael Cəbrayılov məlumat verib.
R.Cəbrayılov bildirib ki, sözügedən sənədlərə müəyyən dəyişikliklərin edilməsi günün tələbidir. O, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 1998-ci ildə qəbul olunduğunu xatırladaraq müəyyən təkmilləşməyə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, bu qanunun 5-ci və 6-cı maddələrinə dəyişikliklər təklif olunur. Burada sadəcə hər hansı aksiyanın təşkilatçıları ilə bağlı dəqiqləşmə aparılıb. Qüvvədə olan qanunda toplantının təşkilatçısı dinc aksiyanı təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən şəxsdir. Amma R.Cəbrayılov hesab edir ki, bu məsələ dəqiqləşməli və təşkilatçının hüquqi və ya fiziki şəxs olduğu müəyyənləşməlidir. Ona görə də, qanunun 6-cı maddəsinə toplantının təşkilatçısı kimi “bir və ya bir neçə hüquqi və fiziki şəxs” göstərilir.
Layihələrin müəllifi Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişiklikləri də əsaslandırıb. R.Cəbrayılov qeyd edib ki, Azərbaycanın hazırki qanunvericiliyi qanunsuz toplantıların təşkilatçılarını inzibati tənbeh tədbirlərinə cəlb edilməsini nəzərdə tutduğu halda bu tədbirlərin iştirakçıları heç bir məsuliyyətə cəlb olunmur: “Təşkilatçı bütün toplantıya nəzarət edə bilməz və hər hansısa iştirakçıya görə məsuliyyət daşıya bilməz”.
Millət vəkilinin sözlərinə görə, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir. Məsələn, hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. “Cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar”, - deyə o, bildirib.
Eyni zamanda, bu sənədə müvafiq olaraq Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də, ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb. Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).
Millət vəkili layihələri hazırlayarkən 30-dan çox ölkənin təcrübəsini öyrəndiyini də diqqətə çatdırıb. MDB ölkələri ilə yanaşı, Almaniya, Fransa, İsveç, Yaponiya və digər dövlətlərin qanunvericiliyi ilə yaxından tanış olan R.Cəbrayılov bildirib ki, Rusiyada, Belarusda, Qazaxıstanda, Baltikyanı ölkələrdə toplantı təşkilatçıları ilə iştirakçılarının məsuliyyəti fərdiləşdirilir: “İngiltərədə toplantının marşrutunun dəyişdirilməsinə görə 3 aylıq həbs və 1000 avro cərimə tətbiq olunur. Almaniyada toplantıya aid olmayan şüarların səsləndirilməsinə, Fransada isə polisin “dağılın” göstərişinə əməl edilmədiyinə görə də ciddi cəzalar tətbiq olunur”.
R.Cəbrayılov, həmçinin, qeyd edib ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə məhkumların ictimai işlərə cəlb edilməsi ilə bağlı dəyişikliklər öz əksini tapıb.
Komitə sədri Əli Hüseynli bu layihələri dəstəklədiyini bildirib. Onun sözlərinə görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun Avropa standartlarına tam cavab verir.
Ə.Hüseynli bildirib ki, bu qanun 1998-ci ildə qəbul olunub. Ona görə də, 2008-ci ildə həmin sənəd təkmilləşdirilib. “Qanunun təkmilləşdirilməsi prosesində biz beynəlxalq təşkilatlarla sıx işləmişik. Venesiya komissiyası bu sənədə müsbət rəy verib və qanun Avropa standartlarına tam uyğundur. Hal-hazırda bu qanuna təklif edilən dəyişiklik isə sadəcə, dəqiqləşdirmə xarakteri daşıyır”, - deyə komitə sədri qeyd edib.
Müzakirələr zamanı çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, bu dəyişikliklər vətəndaşların hüquqi məsuliyyətini artırmağa yönəlib: “Bütün Avropa ölkələrində də yüksək məbləğdə cərimələr tətbiq olunur. Ölkəmizdə qanunsuz aksiyalar keçirmək istəyənlər təkcə öz siyasi ambisiyalarını reallaşdırmaq istəmirlər, onlar ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bunun şahidi olduq”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova iclasda çıxış edərək bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun qəbul olunandan sonra bir çox dəyişikliklər edilib və onlar da insan hüquqlarının qorunmasına, vətəndaşların məsuliyyətinin artırılmasına xidmət edir. Onun sözlərinə görə, bir məsələni dərk etmək lazımdır ki, biz cəzasızlıq mühitində, yoxsa qanunun, hüququn aliliyi mühitində yaşamaq istərdik: “Bu gün vətəndaşlar arasında bu məsələ ilə əlaqədar hüquqi maarifləndirməyə ehtiyac var. Çünki vətəndaş bilməlidir ki, qanunsuz aksiyaya çıxarsa, yaxud cəhd edərsə, onu nələr gözləyir. Odur ki, bu məsələyə diqqəti artırmaq lazımdır”.
İclasda, həmçinin, millət vəkilləri Fəzail Ağamalı, Rövşən Rzayev, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev və başqaları çıxış ediblər.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

